Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Keçmiş icra başçısının topdağıtmaz biznes imperiyası
Keçmiş icra başçısının topdağıtmaz biznes imperiyası25-11-2014, 14:44 |
Saatlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Gülhüseyn Əhmədovla bağlı redaksiyamıza şok məlumatlar daxil olub. Mətləbə keçməzdən öncə qeyd edək ki, Gülhüseyn Əhmədov 1955-ci il iyunun 20-də Saatlı rayonunun Qaracalar kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib və biologiya elmləri namizədidir. 1977-ci ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, analitik, baş elmi işçi olub.1989-cu ildən Abşeron Rayon Məmmədli Tərəvəzçilik-Südçülük Aqrar İstehsalat Birliyinin baş aqronomu, Abşeron Rayon Aqrar-Sənaye Kombinatının aparıcı aqronomu, 1992-ci ildən "Qaracalar" kiçik müəssisəsi direktorunun müavini vəzifələrində çalışıb. 1993-2005-ci illərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı işləyib. 2005-ci il noyabrın 6-da 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilib. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olub. Redaksiyamıza daxil olan məlumatlara görə, hazırda heç bir yerdə işləməyən Gülhüseyn Əhmədov Bakıda və doğulduğu rayonda böyük biznes imperiyasına malikdir. İddialara əsasən, o hələ Saatlıda icra başçısı işlədiyi dövrdə icra hakimiyyətinin balansında olan qonaq evini özəlləşdirərək özü üçün iaşə obyektinə çevirmişdi. Hansı ki, rayonlarda qonaq evləri ümummilli lider, rəhmətlk Heydər Əliyevin göstərişilə tikilmişdi. Xaricdən, eləcə də paytaxtdan bölgələrə səfərə gələn qonaqların rahat dincələ bilməsi üçün qonaq evləri tikildi. Gülhüseyn Əhmədov isə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən qonaq evini zamanında özəlləşdirərək özü üçün müxtəlif iaşə obyektlərinə çevirdi. Sabiq məmur zamanında nə qədər arxayınlaşıb ki, rəhmətlik Heydər Əliyevin tapşırığı əsasında tikilən qonaq evini özəlləşdirməyə cürət edib. Verilən məlumata görə, o elə həmin dövrdə rayon bazarını Saatlıda yaşayan və kriminal aləmlə əlaqəsi olan Ayəddin adlı şəxslə ortaq olaraq özəlləşdirib. Və hazırda 50-nin 50-yə prinsipi ilə şərikinə işlədirlər. Deyilənə görə Gülhüseyin Əhmədovun şəriki Ayəddin bir neçə dəfə kriminal "razborka"larda iştirak etdiyinə görə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O hətta rayonda bir nəfəri 100 min manat miqdarında "tavana" otuzdurub. Həmin şəxs isə pulu verə bilmədiyindən ürəyi partlayaraq dünyasını dəyişib. Deyilənə görə, keçmiş içra başçısının şəriki indinin özündə də bu bölgədən "obşak" üçün pul toplayır. Maraqlıdır, görəsən, keçmiş icra başçısı kriminal aləmdə adı hallanan şəxslə nəyə görə biznes qurub? Deməli, burda hansısa qaranlıq məqamlar və müəyyən maraqlar var. Ki, bunlar araşdırılması vacib olan məsələlərdir. Bundan əlavə Bakıda "Azadlıq” prospektində "Murad" market deyilən böyük market fəaliyyət göstərir ki, buranın da sahibinin Gülhüseyn Əhmədov olduğu bildirilir. Mənbənin verdiyi məlumata görə, keçmiş başçının "Murad" marketə hansı vəsaitlərin hesabına sahib çıxması da araşdırılması vacib olan məqamlardandır. Çünki Gülhüseyn Əhmədovun icra başçısı işlədiyi dövrlərdə aldığı aylıq maaş ona dəyəri milyonlara bərabər olan marketi tikib başa çatdırmağa imkan vermirdi. Deməli, həmin dövrlərdə keçmiş başçı müxtəlif "levı" işlərlə məşğul olub. Bundan əlavə keçmiş başçının Bakıda və rayonda dəyəri milyonlarla ölçülən çoxlu sayda mənzil və mülklərə sahib olduğu yayılan məlumatlar arasındadır. Bütün bu mülklər, restoranlar, bazarlar, torpaq sahələri isə rayonda işlədiyi dövrdə qanunsuz əməllər nəticəsində əldə edilən kapitalın hesabına "qazanılıb". Bəzi sabiq məmurlar elə fikirləşirlər ki, vəzifədən çıxarıldılar vəssalam. Amma əsl məsələ elə bundan sonra başlamalı, həmin şəxslər vəzifədə olduğu müddətdə gördüyü işlərlə bağlı sorğu-sual edilməlidir. Həmçinin Gülhüseyn Əhmədov. Yəqin o zənn edir ki, olan olub, keçən keçib, heç kim onun keçmişdəki fəaliyyətini araşdırmayacaq. Digər tərəfdən Gülhüseyn Əhmədov öz qohum-əqrabasına və yaxınlarına da gün ağlamağı unutmayıb. Hazırda onun qardaşı Xanhüseyn Əhmədov Saatlıda su idarəsinin müdiri işləyir. Deyilənə görə, o indi həbsdə olan və vaxtilə "SPACE" telekanalında işləyən İlham Mirzəyevlə yaxın dost olub. Hər axşam bu telekanalda görüşərək İlham Mirzəyevdən bəzi məsləhətlər alırmış. Bəlkə qaytardılar prinsipinə arxalanan Gülhüseyn Əhmədov baxıcı İlham Mirzəyevlə hansı söhbətləri aparması isə başqa yazının mövzusudur. Mənbənin məlumatına görə, qanunsuz əməllərlə əldə edilən bütün bu mal-mülk Gülhüseyn Əhmədov tərəfindən oğlunun, qızının, həyat yoldaşının və digər qohumlarının adına sənədləşdirilib. Bura adını çəkdiyimiz obyektlərlə yanaşı, çoxlu sayda çay evləri, apteklər şəbəkəsi, gözəllik salonlarını da əlavə etmək olar. Əlaqədar dövlət qurumları səviyyəsində keçmiş başçının və deputatın fəaliyyəti araşdırılsa, bir sıra qaranlıq məqamlara aydınlıq gətirilmiş olar. Qeyd edək ki, Gülhüseyn Əhmədovun bütün bu varidatı icra başçısı işlədiyi və millət vəkili olduğu dönəmlərdə qanunsuz yollarla əldə etdiyi vəsaitlər hesabına sahib olduğu bildirilir. Onun ikinci dəfə deputat seçilməməsinin səbəbi də məhz etdiyi qanunsuz əməllərə görə oldu. Yadınızdadırsa, Gülhüseyn Əhmədov ikinci dəfə YAP-dan namizədliyini vermişdi və son anda adı siyahıdan çıxarıldı. Və o namizədliyini geri götürməyə məcbur oldu. 2010-cu ildə Araz çayı sahilində böyük sel axını baş verdi ki, ondan xeyli insan zərər çəkdi. Səbəbini dövlət komissiyası araşdırdıqda Araz çayının sahillərində sovet dövründə tikilən su anbarlarının və bəndlərinin sökülməsi oldu. Məlumatda bildirilirdi ki, deputat Gülhüseyn Əhmədov və adamları hələ xeyli əvvəldən, yəni o Saatlıda icra başçısı olan dövrlərdə Araz çayının sahillərində olan su anbarlarını və bəndləri uçurdaraq, onların yerində özünə əkin sahələri salıb. Elə buna görə də rayonda təbii fəlakət baş verib. Sel zamanı bu dağıntının 7 kəndi su altında qoymasından sonra məsələni araşdıran FHN isə bunun niyə baş verdiyini üzə çıxarıb və məsələ ilə bağlı yuxarılara məlumat verib. Görün sabiq icra başçısı həmin dövrlərdə necə özbaşına işlərə qol qoyub ki, hətta Araz çayının sahilindəki bəndləri və su anbarlarını uçurdaraq özünə əkin sahəsi salıb. Fikrimizcə, bundan böyük özbaşınalıq, qanun pozuntusu ola bilməz. Böyük bir zərərin baş verdiyini və bunun üçün günahkarın Gülhüseyn Əhmədovun olduğunu görən yuxarı dairələr onun hakimiyyətin nümayəndəsi kimi, seçkilərdə iştirakına qadağa qoydu. Keçmiş icra başçısı və deputat barədə daha bir maraqlı məlumat mətbuatda yer alıb. Belə ki, Gülhüseyn Əhmədovun deputatlıq dönəmində adı insan qaçırmaqda da hallanıb. Verilən məlumata görə, o hələ deputat olarkən ona yaxın olan adamlar rayonda bir nəfəri girov götürüblər. Həmin adam gizli bir yerə aparılaraq bir müddət orada saxlanılıb. Deputatın adamları orada həmin şəxsə işgəncə verəndən sonra sərbəst buraxıblar. Səbəb isə girov götürülən şəxsin deputat Gülhüseyn Əhmədova 130 min manat pul borcunun olması olub. Girov götürülən şəxs işgəncələrdən sonra sərbəst buraxılan kimi bu hadisə ilə bağlı rayonun hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra deputatın həmin cinayətdə iştirak edən bir neçə yaxın adamı həbs olunub. Girov götürülən şəxs də, necə deyərlər, zəif və kimsəsiz adam olmayıb. O da imkanlı və arxa-dayaqlı adam olduğu üçün keçmiş icra başçısı və deputat olan Gülhüseyn Əhmədovdan şikayət etməyə cürət göstərib. Üstəlik, yerli hüquq-mühafizə orqanları onun şikayətini icraata götürüblər. Həmin vaxtlar Saatlı Rayon Polis Şöbəsi faktı təsdiqləyib. Və işin Prokurorluqda olduğu qeyd edilib. Görünür, bu hadisə də Gülhüseyn Əhmədovun deputatlıq mandatından imtina etməsinə səbəb olan amillərdən olub. Keçmiş məmur yaranmış problemi sivil yolla qaydasına qoya, ona borcu olan insanı normal formada başa sala bilərdi. Gülhüseyn Əhmədov isə həmin şəxsi girov götüzdürüb başına min bir oyun açmaqla problemin həllinə nail olacağını düşünüb. Başqa ölkələri deyə bilmərik, Azərbaycanda belə ənənə formalaşmayıb. Çünki ölkənin qanunları var və cəza vermək hüququ yalnız aidiyyəti hüquq-mühafizə orqanlarına məxsusdur. Gördüyünüz kimi, hazırda böyük biznes imperiyasına sahib olan "işsiz" Gülhüseyn Əhmədov bu qədər varidata dövlətin və prezidentin ona etimad göstərərək böyük bir rayona başçı qoyduğu vaxtlarda əldə edib. Hansı yollarla bu qədər mal-mülkə sahib olmağın formalarını isə yuxarıda sizə sadaladıq. Hesab edirik ki, rəsmi dairələrin nümayəndələri Gülhüseyn Əhmədovun həm icra başçısı, həm də deputat işlədiyi dövrlərdəki fəaliyyətini dərindən araşdırıb onun törətdiyi qanunsuzluqların üstünü açmalıdır. Mövzunu gündəmdə saxlayacağıq. Qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq. \\ gundelik-baku.com \\ (Ardı var) Geri qayıt |