Əsas Səhifə > Güney Press, Şou-biznes > Müğənni Xatirə İslam belə getsə oxumağın daşını atacaq...

Müğənni Xatirə İslam belə getsə oxumağın daşını atacaq...


1-12-2014, 10:43
Müğənni Xatirə İslam belə getsə oxumağın daşını atacaq...
Müğənni Xatirə İslam yeni biznes qurub.
Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl Yaponiyaya səyahət edən sənətçi səfərinin məqsədini “Onlar”a açıqlayıb:
“Biznes müxtəlif olur. Bəzi sahələri var ki, mənlik deyil. Dizayn işinə həvəsim var. Məclislərin bəzədilməsində özüm iştirak etmək istəyirəm. Haranısa bəzəyəndə işçilərə göstəriş verib, gedib evdə yatmıram. Özüm də orada olub, dizaynı hazırlayıram. Bu yaxınlarda Pekində, Honq-Konqda, Çində oldum. Ondan əvvəl İtaliyaya getmişdim. İstədiyim əşyaları alıb gətirdim. Bu, o qədər də ağır iş deyil. Sadəcə, oxuduğum məkanı özüm bəzəyirəm və bundan həzz alıram. Bir yemək hazırlamaqdan, bir də dizayn işindən zövq alıram”.
X.İslam bu yaxınlarda Dubaya birlikdə getdiyi uşaqlıq dostu, müğənni Rüfət Axundovdan da söz açıb. O, sevgili olmaları ilə bağlı şayiələrə cavab verib:
“Biz uşaqlıq dostuyuq. Qızla-oğlanın dostluğuna birtəhər baxırlar. Bilən insanlar var, başa düşürlər ki, bacı-qardaşıq. Ailələrimiz belə yaxındır. Bu cür söz-söhbətlər mənə maraqsızdır. Yeri gələndə, yeni biznesimdə Rüfətin məsləhətlərini almışam”.



Geri qayıt