Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bir qazinin həyatını qaraldan "Şıx" sanatoriyasında ilginc oyunlar

Bir qazinin həyatını qaraldan "Şıx" sanatoriyasında ilginc oyunlar


1-12-2014, 11:14
Bir qazinin həyatını qaraldan "Şıx" sanatoriyasında ilginc oyunlar
Vaxtilə respublikanın sayılıb-seçilən müalicə ocaqlarından sayılan Bibiheybət “Şıx” sanatoriyasının əsas profili - hərəkət orqanları və periferik sinir sistemi xəstəliklərinin müayinə və müalicəsidir. Burada yerin 2 min metr dərinliyindən hidrogen-sulfidli termal isti su çıxır ki, onun da hərarəti 80 dərəcəyə yaxındır. Mendeleyev cədvəlindəki kimyəvi elementlərdən 50-yə qədəri bu suyun tərkibində cəmləşmişdir. Bu müalicəvi sudan əsasən oynaq xəstəliklərində, osteoartrozlarda, osteoxandrozlarda, radikulitin xroniki formalarında istifadə olunur. Artridlərdə, əsəb sistemi və ginekoloji xəstəliklərdə də müvəffəqiyyətlə tətbiq edilir.Ancaq indi bəzi deklorativ məqalələrdə, tərifnamələrdə yazılanda ki, “Şıx” sanatoriyası ənənəsini qoruyub saxlayıb, əvvəlki şöhrətini də bərpa etmək üzrədir, adamın fikirləri qarışır: Əcəba, korrupsiya burada ənənəymişmi? - deyə özün-özünə sual verirsən.“Kurort” Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən bütün digər müəssisələr kimi korrupsiya ab-havasının “Şıx” sanatoriyasına da sirayət etməsi, sanatoriyanın baş həkim əvəzi Bünyamin Məmmədzadənin isə bu korrupsiyanı dərinləşdirməkdə xüsusi bacarıq və təcrübə nümayiş etdirməsi barədə qəzetimizdə də vaxtilə tənqidi məqalə dərc olunub, eyni adlı portalımızda internet informasiya məkanına yerləşdirilib. Sözügedən müalicə müəssisəsində tətbiq olunan qeyri-qanuni ödənişlər, daha dəqiq desək, rüşvətxorluğun baş alıb getməsi səbəbindən əllərində qanuni göndərişləri (putyovkaları) olan vətəndaşların sanatoriyaya düşə bilmədikləri halda, ayrı-ayrı imkanlı şəxslərin burada istirahət edib əyləndikləri barədə yetərincə məlumatlar yayılıb. Göstərilən xidmətlərin, verilən dərmanların yalnız pul müqabilində təqdim olunması, tibbi xidmətin keyfiyyətinin aşağılığı, müalicə prosedurlarının düzgün aparılmaması, hətta burada “müalicə” keçən insanların səhhətində sonradan problemlərin yaranması kimi xoşagəlməz hallara rast gəlinməsi hamıya məlum, təkzibolunmaz həqiqətlərdir.Ancaq keçən ilin sonundan etibarən bu müəssisənin adı çəkiləndə özünü yandıran Qarabağ qazisi Zaur Həsənov yada düşür. Mərhumun intiharının səbəbi xatırlanır: Onun iaşə obyekti olaraq işlətdiyi torpaq sahəsi məhz “Şıx” sanatoriyasının ərazisi kimi göstərilərək əlindən alınmışdı. Halbuki sözügedən torpaq sahəsi inzibati ərazi kimi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 31 avqust 2000-ci il tarixli 811 saylı qərarı ilə Bibiheybər Bələdiyyəsinə təhvil verilmişdi. Məlum olduğu kimi, Qarabağ qazisi özünə od vurandan sonra AHİK sədri Səttar Mehbalıyev ictimai qınağa tuş gəldisə də, lakin duruş gətirdi. Ancaq bu faciədən sonra Bünyamin Məmmədzadənin özbaşınalıqları daha da vüsət aldı. Sanki baş həkimin qol-qanadı açıldı. Sanki mesaj vermək istəyir ki, “mən intihar məsələsində Konfederasiya sədrini müdafiə eləmişəm, onun imicini qorumaq üçün əlimdən gələni eləmişəm, ona görə də indi nə istəsəm - eləyə bilərəm”.
Ancaq deyilənə görə, hörmətli millət vəkili S.Mehbalıyev belə minnətləri götürmür və yəqin ki, tezliklə B.Məmmədzadənin şıltaqlıqlarına son qoymağın yolunu tapacaq.
\\ bizimdovr.az \\
Geri qayıt