Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Balakənin icra başçısı rayonda mini-diktatura rejimi qurub...
Balakənin icra başçısı rayonda mini-diktatura rejimi qurub...2-12-2014, 14:47 |
“Balakəndə sözün əsl mənasında yiyəsizlik hökm sürür. İcra başçısı özünü rayon rəhbəri kimi yox, “padşahı” kimi aparır. Heç olmasa orta əsrlərdə padşahlarda biraz insaf olardı, İslam Rzayevdə isə heç bu da yoxdur”. Bu sözlər Editor.az-a daxil olan şikayət məktubunda öz əksini tapıb. “Bilsələr ki, şikayət müəllifi mənəm, məni rayondan qovarlar, bu səbəbdən adımı demək istəmirəm” deyən şikayətçi bildirir ki, dəfələrlə rayondakı özbaşınalıqlarla bağlı icra başçısının özünə müraciət etsələr də, başçı onları otağından qovub: “Bilmirik kimə üz tutaq, dərdimizi kimə deyək? Rayonda vəziyyət acınacaqlıdır. İş yerləri yoxdur. Yalnız çox az sayda rayon sakini bazarlarda, müxtəlif iaşə obyektlərində kiçik ticarətlə məşğul olur ki, başçının adamları onlardan haqq alır. Pulu çatdırmayanları müxtəlif təzyiqlər yolu ilə susdururlar. İndiyə qədər rayon mərkəzində və bəzi kəndlərdə dəfələrlə yol çəkilişləri aparılsa da, asfalt döşəməsinin ömrü uzun olmayıb. Bu yolla büdcədən pul silirlər. Özü də bu işlər birbaşa icra başçısına yaxın olan şəxslərə məxsus şirkətlərə veriir. Həmin şirkətlər saxta tenderlər yolu ilə qalib gələrək, dövlət qarşısında yox, icra başçısı qarşısında məsuliyyət daşıdığını zənn edirlər. Mən buradan üzümü müvafiq qurumlara tutub, Balakəndə baş verən qanunsuzluqları aradan qaldırmağa və İslam Rzayevin qanunsuz fəaliyyəti ilə bağlı tədbir görməyə çağırıram”. Editor.az şikayətlə bağlı Balakən rayon Icra Hakimiyyətindən münasibət öyrənməyə çalışsa da, çoxsaylı telefon zənglərimizə cavab verən olmayıb. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq… Geri qayıt |