Əsas Səhifə > Güney Press, Şou-biznes > "4-5 gün bekar qalanda çaşmağa başlayırıq"

"4-5 gün bekar qalanda çaşmağa başlayırıq"


10-12-2014, 11:05
"4-5 gün bekar qalanda çaşmağa başlayırıq"
Meyxanaçı Namiq Qaraçuxurlu barəsində yayılan şaiyələrdən danışıb. Lent.az-ın məlumatına görə, “Xəzər” telekanalında “Hər şey daxil” verilişində qonaq olan ifaçı bildirib ki, barəsində çox şayiələr olub: “Mən heç kimin haqqında bilmədiyim şeyi danışmıram. Hətta bildiyim mövzu olanda da deyirəm ki, “deyəsən belədir”. Çünki bu şaiyənin, dedi-qodunun sonrası, o biri tərəfi var. Ümumiyyətlə şaiyələr bekarçılıqdan əmələ gəlir. İnsanın başı işə qarışanda boş danışmağa vaxtı olmur. Məsələn, 4-5 gün bekar olanda, çaşmağa başlayırıq".

N.Qaraçuxurlu əlavə edib ki, ona dedi-qodular zərrə qədər də təsir edə bilməz: "Çünki elə bir insanam ki, hər şeyi öncədən düşünürəm. Dedi-qodulara qulaq assaydım, indi Namiq Qaraçuxurlu olmazdım. Çünki bu sənətdə atdığım addımlar tamamilə çərçivədən kənar idi. Çox təəssüf edirəm ki, bir kişi və ya oğlanla salam-sağ ol edirsən, yayırlar ki, belədir".

Geri qayıt