Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Beyləqanda icra başçısına qarşı əsəbi ittihamlar... - Sakinlər etiraz edir
Beyləqanda icra başçısına qarşı əsəbi ittihamlar... - Sakinlər etiraz edir10-12-2014, 14:00 |
Beyləqan rayonunun mərkəzində bir il bundan əvvəl başlanmış su və kanalizasiya xətlərinin çəkilməsi prosesi qəfil dayandırılıb. JAM.AZ-a verilən məlumata görə, işlərin dayandırılmasının səbəbi kimi isə maliyyə vəsaitinin olmaması göstərilir. Məlumatda qeyd edilir ki, işlərin Prezidentin 2 milyon manat ayırmasından dərhal sonra dayanması və «pul yoxdur» bəhanəsinin ortaya çıxması beyləqanlılarda şübhə yaradıb. Çünki ayrılmış pulla bu işlərin ən azından böyük bir qismini yekunlaşdırmağın mümkün ola biləcəyini düşünürlər. Amma camaatı narahat edən bir başqa məsələ də var. Daha doğrusu, onların canlarını boğaza yığan problem qazılmış yollar və dizə çıxmış palçıqdar. JAM.AZ-a danışan rayon sakinləri qeyd edirlər ki, vəziyyət o qədər acınacaqlıdır ki, insanlar iş-güc dalıyca getmək istədikdə bataqlıqlardan keçməli olurlar. Çünki qazılmış yerlərin heç biri düzəldilməyib və torpaq yağışdan sonra biabırçı durum yaradıb. Onların sözlərinə görə, Beyləqanın icra başçısı Vaqif Abdullayev onsuz da işləyən kadr deyil. Və onun rayona xeyrindən çox, zərəri dəyir. Sakinlər bildirirlər ki, dəfələrlə etdikləri şikayətin heç bir xeyri olmayıb. Lakin vəziyyətin bu şəkildə davam etməsi ilə də barışmaq fikrində deyillər. Onların sözlərinə görə, səbr kasaları daşır və etiraz aksyasına baş vura bilərlər. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |