Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Qarabağın azadlığına görə borclu olan şəxs Ramil Usubovdur

Qarabağın azadlığına görə borclu olan şəxs Ramil Usubovdur


22-12-2014, 14:44
Qarabağın azadlığına görə borclu olan şəxs Ramil Usubovdur
DİA.AZ: - Bu gün Azərbaycanın Daxili İşlər Naziri Ramil Usubovun 66 yaşı tamam olur. Hər halda, bu gün yaşını qeyd edən Ramil Usubovun Azərbaycan dövləti və dövlətçiliyi qarşısındakı xidmətlərini kimsə dana bilməz. Təsadüfi deyil ki, iki keçmiş və mərhum prezident Ramil Usubovun xidmətlərini xüsusi olaraq dəyərləndirilib.

Mərhum Heydər Əliyev hələ zamanında Ramil Usubovun xidmətlərini dəyərləndirdiyini bu şəkildə ifadə etmişdi: «Mən nə qədər prezedintəm, Ramil Usubov Daxili İşlər Naziri olacaq»…

Bu ifadələr təsadüfi deyildi. Məhz Ramil Usubovun xidmətlərinin nəticəsi idi ki, Azərbaycanda vətəndaşlar özlərini həqiqətən də əminlikdə hiss etdilər. Ola bilsin ki, bu gün kimlərsə «əşi, hər tində bir polis var» deyərək gileylənir. Amma bu gün hər tində olan bir polisin olmasının nəticəsidir ki, həm müsəlman və həm də neft ölkəsi olan Azərbaycan nə Suriyanın, nə də İraqın günündə deyil. Bu gün məhz Azərbaycan polisinin sayəsində ölkəmizə terror ixrac etmək istəyənlərin niyyəti qursaqlarında qalır.

Mərhum Əbülfəz Elçibəy isə Ramil Usubov haqqında bunları demişdi: «Mənim Ramil Usubov kii Daxili İşlər Nazirim olsaydı, hələ də hakimiyyətdə idim». Yəqin ki, bu qiymətləndirmənin də nə qədər ağır yüklü olduğunu təxmin edirsiniz.

Bu gün Ramil Usubov həm də böyük bir mükəlləfiyyət sahibidir. Ramil Usubov Qarabağın işğaldan azad edilməsi üçün bir nömrəli cavabdeh şəxsdir. Qarabağ Azərbaycanın daxili işi, daxili problemidir və bu gün Qarabağın azadlığı da məhz Milli Ordunun yox, Daxili Qoşunların bir nömrəli qayğısıdır.

Biz də DİA.AZ olaraq cənab nazirə doğum günündə məhz bu şərəfli bir tarixi yaşamağı arzulayırıq…

İnşallah, Tanrı Sizə Qarabağda antiterror əməliyyatlarına rəhbərlik etməyi nəsib edər…

Geri qayıt