Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ucar rayonunda yaşıllıqlara kim qənim kəsilib – Rayon sakini həyəcan təbili çalır
Ucar rayonunda yaşıllıqlara kim qənim kəsilib – Rayon sakini həyəcan təbili çalır22-12-2014, 14:56 |
DİA.AZ: - Redaksiyamıza Ucar rayon sakini Vasif Abdullayev növbəti yaşıl soyqırım həyəcanı ilə müraciət edib. DİA.AZ olara qhəmin müraciəti təqdim edirik: «Uzun müddətdir ki, Ucar rayonunda ekoloj problemlərin tuğyan etməsi ilə bağlı ardıcıl olaraq mətbuat vasitəsi ilə müraciətlər etmişəm. Bir müdət əvvəl Ucar rayon İcra hakimiyyətinin başçısısnın müavini Şəhla Abdullayeva bu problemi aradan qaldırılması üçün işlər görülcəyini mətbuatda demişdi, lakin bundan sonra tamam fərqli mənzərə ilə rastlaşdıq. Bu rayonda nəinki zibilliklər aradan qaldırılmır, ekoloji bəla olaraq ağacların da kəsilməsinə start verilib». Daha sonra DİA.AZ-a yazan Ucar rayon sakini bildirir: «Rayon İcra Hakimiyyəti Başçısı isə bu məsələlərə heç bir reaksiya vermir. sanki bu rayonun deyil başqa bir rayona başçı təyin edilib. Rayonda ağac əkmək, yox ağac kəsmək ənənə halı alıb . Və bu ənənəni kimlərsə çox canfəşanlıqla həyata keçirirlər. Odur ki, mətbuat vasitəsi ilə cənab prezident İlham Əliyevdən xahiş edirəm, məhv edilmiş yaşıllıqların bərpası cavabdehlərin məsuliyyətə cəlb edilməsinə köməklik edəsiniz». Bununla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Açağıdakı fotolardan da məhv edilən yaşıllırları və onun yerində tikilən obyekti görmək mümkündür. Geri qayıt |