Əsas Səhifə > Güney Press, Reklam > Azercell-in dəstəklədiyi MilliNet müsabiqəsinin qalibləri bəlli oldu
Azercell-in dəstəklədiyi MilliNet müsabiqəsinin qalibləri bəlli oldu22-12-2014, 16:53 |
“Azercell Telekom” MMC-nin artıq 6 ildir ki, baş sponsoru olduğu Azərbaycanın ilk və yeganə peşəkar internet mükafatı olan MilliNet-in qalibləri bəlli oldu. Mükafatın qaliblərinin təqdimat mərasimi dekabrın 19-da keçirildi. Mərasimdə bəlli oldu ki, bu il mükafata 322 sayt təqdim edilib, lakin onların sırasından qaydalara uyğun olan 272 sayt səsverməyə çıxarılıb. Səsvermənin 1-ci mərhələsinin yekununda 14 nominasiya üzrə 272 sayt arasından ən yaxşılar olan 78 sayt nominant statusu alıb. Azərbaycan İnternet Forumunun 3 istiqamət üzrə formalaşdırdığı münsiflər heyəti 2-ci səsvermə prosesində 78 nominant arasından ən yaxşılarını seçib. Təqdimat mərasimində Azercell şirkətinin Korporativ Ünsiyyət Bölümünün rəhbəri Nigar Şıxlinskaya çıxış edərək MilliNet müsabiqəsinin ölkədə internetin və bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. O, gələcəkdə də internetin inkişafı istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib.Sonra qaliblərə Mükafatların təqdim edilməsinə start verilib. Mükafatların təqdim edilməsində internet ictimaiyyətinin, İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun , təhsil müəssisələrinin nümayəndələri, MilliNet təşkilatçıları iştirak edib. Beləliklə, Korporativ saytlar nominasiyasında http://www.bakisigorta.az, İctimai-sosial- http://www.fotobank.az, Media və İnformasiya- http://interaztv.com ,Mədəniyyət, incəsənət və turizm-http://raufabdullayev.com, Ailə, uşaq və sağlamlıq -http://saglamolun.az, Asudə vaxt, idman və əyləncə -http://idol.az, Elektron hökumət - http://www.cbar.az, Xidmət (Servis) - http://xercim.az,Qarabağla bağlı-http://www.qam.az saytları qalib olublar. Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net-in tuncdan hazırlanmış xüsusi mükafatı - hörümçək toru əks olunan buta təqdim olunub. Məlumat üçün bildirək ki, Azərbaycan internetinin inkişafına təkan vermək, ən yaxşı milli internet resurslarının yaradılmasını stimullaşdırmaq, onları üzə çıxartmaq və populyarlaşdırmaq məqsədilə keçirilən müsabiqəyə cari ilin sentyabr ayında start verilib. Qeyd edək ki, Azercell Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına xidmət edən layihələri daim dəstəkləyir. Azercell Azərbaycan dilinin internetdə tətbiqinin genişləndirilməsinə yardım edən, milli internet resurslarının yaradılmasını stimullaşdıran belə təşəbbüslərin tərəfdarı kimi çıxış edib. Ölkənin lider mobil rabitə operatoru Azercell Telekom öz öhdəliyinə sadiq qalaraq bundan sonra da bu cür layihələrə öz dəstəyini göstərməkdə davam edəcək. Geri qayıt |