Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Əbülfəs Qarayev Bakıdakı adamından imtina edir və onun fəaliyyətini araşdırtdırır

Əbülfəs Qarayev Bakıdakı adamından imtina edir və onun fəaliyyətini araşdırtdırır


24-12-2014, 13:51
Əbülfəs Qarayev Bakıdakı adamından imtina edir və onun fəaliyyətini araşdırtdırır
DİA.AZ: - Mədəniyyət və Turizm Nazirliyində bu günlərdə struktur islahatları baş versə də, bu prosesin davamı olacaq. Belə ki, DİA.AZ-ı məlumatlandıran nazirlikdəki mötəbər qaynaq iddia edir ki, Əbülfəs Qarayev eyni zamanda MTN-də kadr islahatı aparmağı da planlaşdırır.

Əbülfəs Qarayev Bakıdakı adamından imtina edir və onun fəaliyyətini araşdırtdırır

Mənbə dia-az.life-a açıqlamasında bildirir ki, Əbülfəs Qarayev bir sıra regionlarda nazirliyin idarələrinin rəhbərlərini dəyişəcək. Eyni zamanda Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi postunda da dəyişikliyin olacağını qeyd edən qaynağın iddialarına görə, idarənin hazırki rəhbəri Əlikram Əliyevə qarşı hətta hüquqi addımlar da atıla bilər. Belə ki, qeyd olunan idarənin gələn il nazirliyin sifarişi ilə Hesablama Palatası tərəfindən təftişi planlaşdırılır.

Onu da qeyd edək ki, Əbülfəs Qarayevin nazirliyin özündə də bir sıra dəyişikliyə gedəcəyi söylənilir.

Geri qayıt