Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Səlim Müslümovun əlində fakt varsa, nədən Fizuli Ələkbərovu tutdurmur?
Səlim Müslümovun əlində fakt varsa, nədən Fizuli Ələkbərovu tutdurmur?26-12-2014, 13:56 |
DİA.AZ: - «2014-cü ilin noyabr ayında ölkədə 96 265 ailə (420 663 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb». Bildirək ki, bunu əmək və əhalinin sosial müdafiə nazirliyi açıqlayıb. Daha sonra nazirliyin açıqlamasında qeyd olunur ki, bu, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 47 638 ailə (209 632 nəfər və ya 33,3%) azdır. Nazirliyin məlumatında daha sonra bildirilir: «Ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 7.5% artaraq 148.97 manata çatıb». Hə halda, bu rəqəmlər kimlər üçünsə sıradan görünə bilər. Amma bu rəqəmlərdə konkret bir ittiham da var. DİA.AZ bildirir ki, Səlim Müslümovun rəhbərlik etdiyi nazirlik bu rəqəmləri açıqlamaqla aşkar şəkildə əvvəlki nazir - Fizuli Ələkbərovu ciddi yeyintidə, maliyyə maxinasiyasında və yaxud da fırıldaqda ittiham etmiş olur. Çünki Səlim Müslümov nazir postuna təyin olunan tarixdən (2013-cü il 22 oktyabr) bu yana əhalinin maddi rifah halında elə bir ciddi rezonans doğuracaq dönüş baş verməyib ki, sosial yardıma ehtiyacı olanların sayı kəskin şəkildə - 1/3-i qədərində azalsın. Lap tutalım, əhalinin maddi-rifah halı yaxşılaşıb. Amma bu halda belə belə bir kəskin dönüş imkansızdır. Bu zaman maksimum iqtisadi yüksəlişi yaşayan ölkələrdə 10 faizlik təsir nəzərə alınır. Yəni buradan da belə bir nəticə hasil olur ki, Səlim Müslümov sosial yardımın verilməsi məsələsində Fizuli Ələkbərovu ən azından 23 faiz saxtakarlıqda, yəni təxminən 25 min ailəyə qanunsuz olaraq sosial yardım verməkdə ittiham edir. DİA.AZ bildirir ki, Səlim Müslümov nazir təyin olunandan sonra əvvəlki nazir Fizuli Ələkbərovun ünvanına ilk dəfə deyil ki, hücum edir. Hələlik bu hücumlar söz şəklindədir. Normalda isə Səlim Müslümov bu FAKTLARINI həm Maliyyə Nazirliyinə, həm Hesablama Palatasına və həm də Baş Prokurorluğa təqdim etməli idi. Etmirsə, deməli, yalnız sözlə əvvəlki naziri vurmaqdan başqa bir şansa malik deyil. Səlim Müslümovun Fizuli Ələkbərov hədəfə alması isə səbəbsiz deyil. Ən azından Müslümovun fond sədri, Ələkbərovun isə nazir olduğu dönəmlərdə onların münasibətlərindəki «buzlaq dövrü»nü əksəriyyət xatırlayır… Geri qayıt |