Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Həyat yoldaşı polis şöbəsində dünyasını dəyişən qadın prezidentdən kömək istədi

Həyat yoldaşı polis şöbəsində dünyasını dəyişən qadın prezidentdən kömək istədi


6-01-2015, 09:22
Həyat yoldaşı polis şöbəsində dünyasını dəyişən qadın prezidentdən kömək istədi
DİA.AZ: - Biləsuvar şəhər K.Əbilhəsənov küçəsi 12 nömrəli evdə yaşayan Ağayeva Qənirə Oruc qızı şikayət məktubu ilə president İlham Əliyevə və bur sıra vəzifəli şəxslərə müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan şikayət məktubunda deyilir:

“Məni bir ana kimi sizlərə üz tutub rəsmi bir surətdə muraciət etməyə vadar edən səbəb, yaşadığım rayonun sakini Feyzullayev Fəxrəddin Əmən oğlunun 28 dekabr 2014-ci il tarixində rayonun Hacı Novruz qışlağı adlanan ərazisindən mənim qaynım oğlu II qrup Qarabağ əlili Ağayev Elşən Gülağa oğluna məxsus 200 baş qoyunu o cümlədən, mənim həyat yoldaşım Ağayev Rəisağa Hacıyağa oğluna məxsus 50 baş qoyunu başına topladığı bir dəstə mütəşəkkil silahlı şəxslərin köməyi ilə həmin fermaya gəlib oğurluq etməsidr. Bura nəzarət edən xidmətçi çobanımız Əliyev Hümbət Məhiyəddin oğluna müqavimət göstərərək, odlu silahla hədələyərək , havaya bir neçə atəş açmışdır. Sonra silahı ona tərəf tuşlayaraq , deyin görək siz yaşamaq yoxsa məhv olmaq istəyirsiniz” xəbərdarlığını etdikdən sonra onlar fermadan sürünü qabaqlarına qataraq naməlüm bir istiqamətə aparmışlar.

Biz bu şəxsin belə bir bandit və quldur hərəkətlərindən xəbər tutan kimi dərhal Daxili İşlər nazirliyinin 102 qaynar xətt xidmətinə, o cümlədən rayon hüquq – mühafizə orqanlarına, rayon prokurorluğuna, polis şöbəsinə, Milli Təhlükəsizliyinin Əlaqə etimad xəttinə, MTN-nin rayon şöbəsinə bu cinayət, özbaşnalıq haqqında ətraflı surətdə geniş məlumat vermişik. Lakin buna baxmayaraq, onlar bu qatı cinayətin və özbaşınalığın müqabilində hər hansı maraqlarına görə və verdikləri vədlərin müqabilində bizə məlum olmayan səbəblərdən susmuşlar. Biz onların belə bir laqeyd və soyuq münasibətlərinə biganə qala bilməyərək, Biləsuvar rayon Polis şöbəsinə yollanaraq şöbənin məsul rəhbər və əməkdaşları ilə görüşərək “nə üçün bu iyrənc cinayətin müqabilində belə bir formada susursunuz” sualını verdik.

Onların cavabı isə bu oldu ki, “istintaq davam edir”… Başadüşə bilmirik, belə bir cinayəti törətmiş şəxs necə olur ki, azadlıqda özünü tam sərbəst və istintaqdan heç kimi saymadan yayına bilir? Artıq rayon hüquq-mühafizə orqanlarının belə bir dəhşətli dərəcədə susmasına biganə qala bilməyən həyat yoldaşım Ağayev Rəisağa Hacıyağa oğlu 31 dekabr 2014-cü il tarixdə rayon polis şöbəsinə yollanaraq, “bəs bizim haqlarımızı niyə ayaqlayırsınız” deyərək müraciət edib… Polis şöbəsində müstəntiq otağında müstəntiq İbayev Rəsul Alış oğlunun yanında həyat yoldaşım Ağayev Rəisağa Hacıyağa oğlu və qaynım oğlu II qrup Qarabağ əlili Ağayev Elşən Gülağa oğlundan dinləmə apararkən bu zaman otağa həmən bu quldur Feyzullayev Fəxrəddin daxil olaraq səmimiyyətdən kənar, heç kimə məhəl qoymadan otaqdakılarına küçə söyüşləri söyərək, təhqir etməyə başlayıb. Mənim həyat yoldaşım onun bu hörmətsiz və təhqiramiz hərəkətlərini səbrlə izləyib. Onun bu kəlmələrinin ardınca həyat yoldaşım yüksək əsəb gərginliyi keçirərək nəticədə kəskin ürək tutmasından elə polis şöbəsində, müstəntiqin yanında anidən vəfat etmişdir.

Vəziyyəti belə bir formada görən şəxs dərhal polis şöbəsindən heç bir təzyiq və təpki görmədən ərazidən öz şəxsi “Prado” markalı avtomobilinə əyləşərək qaçmışdır. Məlumat üçün bildirirəm ki, mənim həyat yoldaşımda buna qədər hər hansı ürək xəstəliyi olmamışdır. Tam sağlam və normal həyat tərzi yaşayırdı. Bu günə qədər də ailəmiz həmin dəhşətin və faciəvi hadisənin şokundan ayıla bilmir”.

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt