Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Arzu Rəhimovun nəzarəti altında "bespredel" - Ordudan necə yayınmaq olar?
Arzu Rəhimovun nəzarəti altında "bespredel" - Ordudan necə yayınmaq olar?7-01-2015, 14:36 |
Redaksiyamıza Səfərbərlik və Hərbi Xidmsətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik xidməti) Hacıqabul rayon şöbəsinin fəaliyyətində müşahidə olunan bir sıra qanun pozuntularına dair məlumatlar daxil olmuşdur. Qeyd etmək lazımdır ki, bu gün cəmiyyətdə formalaşmış ictimai rəy ümumiyyətlə Səfərbərlik xidmətinin fəaliyyətindən çoxsaylı narazılıqlara dəlalət edir. Ötən saylarımızda bu mövzuya dair dərc etdiyimiz materiallarda da biz belə bir məqamı hər dəfə vurğulamışıq ki, son illər ərzində hərbi komissarlıq strukturlarında həyata keçirilən islahatlara və bu islahatların bir təzahürü kimi Rayon Hərbi Komissarlıqlarının səlahiyyətlərinin nəzərə çarpacaq dərəcədə məhdudlaşdırılmasına, daha sonra isə bu qurumların ləğvinə və onların səlahiyyətlərinin yeni yaradılmış Səfərbərlik xidmətinə verilməsinə baxmayaraq, bu xidmətin də fəaliyyəti hələ də bir çox hallarda vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya faktları ilə müşayiət olunur. Əslində bir müddət əvvəl həyata keçirilən islahatlarla bağlı bu qurumların ətrafında dolaşan qalmaqallara son qoyulacağını gözlənyənlər də az deyildi. Lakin Səfərbərlik xidmətinin bir sıra rayon şöbələri öz fəaliyyətləri ilə keçmiş RHK-lar arasında hətta cüzi bir dəyişikliyi də hiss etdirmədi. Məhz bu səbəbdən də son vaxtlar bu qurumlarda yer almış ciddi qanun pozuntuları barədə tənqidi materiallar ölkənin bir çox informasiya vasitələrində mütəmadi olaraq yayımlanmaqdadır. Səfərbərlik xidmətinin Hacıqabul rayon şöbəsinin rəisi Nurlan Abbasovun fəaliyyəti isə bu yazılanları bir daha təsdiq edir. Bu xüsusda redaksiyamıza təqdim olunan məlumatlarda qeyd olunur ki, çağırışçıların konkret hansı hərbi hissəyə göndərilməsi mexanizmlərinə bələd olan Nurlan Abbasov rayondakı imkanlı şəxslərin övladlarını 7-10 min manat müqabilində məsələn, Bakıdakı hərbi hissələrə göndərir. Maraqlıdır ki, artıq çağırışçıların müxtəlif bölgələrdə yerləşən hərbi hissələrə bölüşdürülməsi prosesinin mərkəzləşdirilmiş qaydada və yeni kompüter texnologiyalarının tətbiqi ilə həyata keçirilməsinə baxmayaraq Nurlan Abbasov hələ də bizə məlum olmayan vasitələrlə bu prosesə müdaxilə etmək imkanına malikdir. Digər tərəfdən isə iddialara görə şöbə rəisi həm də keçmiş respublika hərbi komissarına yaxın olan şəxsdir və bu yaxınlıq ona öz fəaliyyətində kifayət qədər dəstək vermiş olur. Daha sonra təqdim olunan məlumatlarda vurğulanır ki, son bir ildə Hacıqabulda yüzlərlə hərbi xidmət yaşı çatmış gənc ordudan yayındırılıb. Daxil olan məlumatlara əsasən Nurlan Abbasov rayonun əksər kəndlərində sağlam çağırışçıları rüşvət almaq yolu ilə ordudan yayındıraraq onların yerinə hərbi xidmətə yararsız gəncləri göndərmək təcrübəsini geniş tətbiq edir. Məlumatlara əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsində bu kimi maxinasiyalar hər növbəti çağırış dövründə həyata keçirilir. Belə ki, maddi imkanları buna yol verən və müəyyən vəzifə sahibi olan şəxslərin övladları bu çağırış dövrü də artıq orduda xidmətdən yayındırılblar. Mənbələrin iddialarına görə onlar hərbi xidmətdən yayınmaq üçün hər çağırış dövründə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Hacıqabul rayon şöbəsinin rəisi Nurlan Abbasova 300-500 manat arasında rüşvət verirlər. Məlumatlarda göstərilir ki, Nurlan Abbasovda bütün bu şəxslərin siyahısı var və onlar hər çağırış zamanı xidmət rəisi tərəfindən şöbəy dəvət olunur və yalnız pulu ödədikdən sonra həmin şəxsə yenidən müddət verilir. Aydındır ki, belə bir vəziyyət hətta müvəqqəti olsa belə tamamilə yol verilməzdirn və təcili tədbirlərin görüiməyəcəyi halda bu sahədə həyata keçirilməsi nəzərdə tutulan bütün növbəti mütərəqqi islahatların iflasa uğramaq riski çox böyük olacaqdır. Geri qayıt |