Əsas Səhifə > Güney Press, Araşdırma > Maliyyə nazirliyində "Gədəbəy qruplaşması" bumu... - Dövlət büdcəsi necə boşaldılır...
Maliyyə nazirliyində "Gədəbəy qruplaşması" bumu... - Dövlət büdcəsi necə boşaldılır...12-01-2015, 14:07 |
Azər Bayramovun havadarlğ ilə Gədəbəy Maliyyə İdarəsinin müdiri Namiq Məmmədov «oliqarx» məmura çevrilib. DİA.AZ xəbər verir ki, Gədəbəydən azfakt.com-a maraqlı məlumat daxil olub. Daxil məlumata görə rayon Maliyyə İdarəsinin müdiri Namiq Məmmədov sözün həqiqi mənasında «oliqarx» məmura çevrilib. Namiq Məmmədov Maliyyə Nazirinin müavini Azər Bayramovla qohumluq münasibətlərindən istifadə edərək büdcə təşkilatlarına ayrılan vəsaitlərdən özünün istədiyi qədər «faiz» alır. Bu barədə saytımıza məlumat verən mənbəninin bildirdiyinə görə maliyyə idarəsinin müdiri büdcə idarələrinə cari və əsaslı təmir, avadanlqılar, digər mal matreallar alınması üçün ayrılan vəsaitlərdən 13 faiz özü üçün tələb edir. Belə ki, idarə və müəssisə rəhbərləri maliyyə idarəsinin müdirinin «payını» nəğd şəkildə əvvəlcədən çatdırırlar. Əks təqdirdə vəsaitin idarə və müəssisələrin hesabına köçürülməsində ciddi «problemlər» ortaya çıxır. Ümumilikdə isə Gədəbəy Maliyyyə İdarəsinin müdirinin illik «gəliri» yüzmin manatlarla ölçülür. Məlumatlı mənbəninin bildirdiyinə görə Namiq Məmmədovun maliyyə nazirinin müavini Azər Bayramovla isti münasibətlərindən ilk növbədə yaralanan icra başçısı Ramiz Yediyarovdur. Belə ki, rayon icra başçısı bir çox cari təmirləri həyata keçirən kiçik şirkətlərin çoxunu maliyyə idarəsi rəisinin əmisi oğlu, Gədəbəy Mədəniyyət və Turizm şöbəsinin müdiri Ramiz Məmmədova həvalə etməklə özünə hər il yüz min manatlarla “xeyir” götürür. İddiaya görə Namiq Məmmədov maliyyə nazirliyində Azər Bayramovun rəhbərliyi ilə fəaliyyət göstərən və ayrılan büdcə vəsaitlərindən faiz almaqla milyonlar qazanan “Gədəbəy qruplaşması” deyilən şəbəkənin regiondakı ən etibarlı və nüfuzlu şəxslərindən biridir. Hətta bir çox rayonların maliyyə şöbəsinin müdirləri nazirlikdəki işlərinin “aşırılması” üçün Namiq Məmmədovun köməyindən istifadə etdiyi deyilir. Bildirilir ki, Namiq Məmmədov və əmisi oğlu rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ramiz Məmmədov bölgədə “Gədəbəy qruplaşması”ının başında dayanan əsas şəxslərdir və bu şəxslərin əli ilə Azər Bayraiov hər il Gəncəbasar regionlarından miylonlarla manat «faiz» toplayır. Qeyd olunur ki, Ramiz Məmmədov bir vaxtlar rayon təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. Həmin vaxtlar Ramiz Məmmədov rayon təhsilində baş verən çoxsaylı maxinasiya və qanunsuzluqlarla ad çıxartıb. Mənbəmiz iddia edir ki, Ramiz Məmmədovun “fironluğu”, həmçinin maliyyə maxinasiyaları barədə dəfələrlə təhsil nazirliyinə və prezident aparatına edilən şikayətlərdən sonra, əmisi oğlu Namiq Məmmədovun sayəsində qəflətən rayon mədəniyyət və turizm şöbəsinə “transfer” olunub. Çünki Ramiz Məmmədov təhsil şöbəsində həyata keçirdiyi maliyyə maxinasiyalarını əmisi oğlu Namiq Məmmədov vasitəsi ilə hayata keçirib və bu maxinasiyaların üstünün açılması Maliyyə İdarəsinin müdiri üçün həbsxana qapılarını aça bilərdi. İddiaya əsasə ucqar bir rayonda məmur oliqarxa çevrilən Namiq Məmmədov daha böyük iddialara düşdüb. Gədəbəy maliyyə idarəsinin müdiri Azər Bayramovun dəstəyi ilə icra başçısı Gədəbəyə, ya da yaxın rayonların birinə icra başçısı təyinatı almaq üçün bütün imkanlarını səfərbər edib. Onun bu işdə əsas hamisi isə Azər Bayramov və “Gədəbəy qruplaşması”nın Bakıdakı fəal üzvlərdir. Yazıda adı keçən bütün şəxslərin mövqyeini dərc etməyə hazırıq… Geri qayıt |