Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Dövlət Miqrasiya Xidməti, yoxsa “qohum-əqrəba-tayfa birliyi”..?

Dövlət Miqrasiya Xidməti, yoxsa “qohum-əqrəba-tayfa birliyi”..?


15-01-2015, 15:35
Dövlət Miqrasiya Xidməti, yoxsa “qohum-əqrəba-tayfa birliyi”..?
Ötən yazımızda Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin dövlət qurumunu “pensionerlər klubu”na çevirməsindən bəhs etmişdik. Qısaca bildirək ki, bir çox dövlət qurumlarında işləmiş şəxslər təqaüdə çıxandan sonra Firudin müəllimin “atalıq qayğısı” nəticəsində DMX-də lövbər salırlar. Bu şəxslər dövlətdən yüksək təqaüd almaqla yanaşı DMX-dən də böyük məbləğdə əmək haqqı alırlar.

Bəli, tam məsuliyyətlə demək olar ki, Firudin Nəbiyev “pensionerlər klubu” yaradıb. Ancaq hazırda əlimizdə olan mötəbər siyahı onu göstərir ki, Firudin Nəbiyev dövlətin çox mühüm qurumunu “qohum-əqrəba-tayfa birliyi”nə çevirib.

Azacıq şübhəniz varsa, buyurun “tayfa” ilə tanış olun.

1. Lənkəran miqrasiya idarəsinin rəisi Səmədağa Abdullayev – Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin baş köməkçisi, general-mayor Cavid Abdullayevin qardaşı.

2. Şəki regional miqrasiya idarəsinin rəisi İlqar Mehdiyev – DSX-nin rəis muavini general-mayor İlham Mehdiyevin qardaşı.

3. DMX-də idarə rəisi, 1987-ci il təvəllüdlü mayor Elfan Quliyev – Elçin Quliyevin əmisi oğlu.

4. DMX- də şöbə rəisi, mayor Nizami Quliyev – Elçin Quliyevin əmisi oğlu.

5. DMX-nin şöbə rəisi, polkovnik-leytenant Namiq Cəfərov – Elçin Quliyevin qardaşı Akif Quliyevin qaynı.

6. DMX-nin baş inspektoru kapitan Rəşad Quliyev- Elçin Quliyevin əmisi nəvəsi.

7. DMX-nin idarə rəisinin muavini İqbal Babayev – Naxçıvanın müdafiə naziri Kərəm Mustafayevin qaynı

8.DMX-nin aparat rəhbəri Elmar Məmmədov- Elçin Quliyevin xalası oğlu.

9. DMX-nin şöbə rəisi Emin Həsənov — Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qardaşı oğlu.

10. DMX-nin maliyyə bölməsinin rəisi Ayaz Babayev – “Azəryolservis” ASC-nin şefi Cavid Qurbanovun baldızı oğlu.

11. DMX-nin baş inspektoru Qəray Nuriyev – DSX-nin muavini Azad Ələkbərovun kürəkəni.

12. DMX-nin şöbə rəisi Mehman Səfərov DMX-də baş idarə rəisi Rövşən Səfərovun qardaşı.

13. DMX-nin baş idarə rəisi Elxan Vəliyev- Hərbi prokuror Xanlar Vəliyevin qardaşı oğlu

14. DMX-nin rəis muavini general-mayor Pərviz Musayev- Elçin Quliyevin dayısı.

15. DMX-nin şöbə rəisi Orxan Kazımov Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rəisi Arzu Rəhimovun bacısı oğlu.

16. DMX-nin baş inspektoru Fuad Sadıqov – DSX-nin birinci muavini Rəşad Sadıqovun qardaşı.

17. DMX-nin baş inspektoru Maqsud Bədəlli — Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun bacısı oğlu.

18. DMX-nin baş inspektoru Ayla Şirinzadə — DSX-nin generalı Firuz Şirin-zadənin qızı.

19. DMX-nin bölmə rəisi Şəhriyar Tariyev-Firudin Nəbiyevin əmisi oğlu.

20. DMX-nin Bakı regional idarəsinin rəisi polkovnik İntiqam Məmmədov -Firudin Nəbiyevin kirvəsi.

21. DMX-nin baş inspektoru Babək Hüseynov – Ailə, qadın və uşaq problemləri üzrə Dövlət komitəsinin sədri Hicran Hüseynovanın qardaşı oğlu.

22. DMX-nin şöbə rəisi Cəlil Hüseynov - Xüsusi Dövlət Mühafizə Xidmətinin yüksək vəzifəli şəxsi Elman Hüseynovun qardaşı oğlu.

23. Emil Hüseynov — XDMX-nin vəzifəli şəxsi Elman Hüseynovun oğlu.

24. DMX-nin baş idarə rəisi Rövşən Səfərov ( Hər yerdə bəyan edir ki, üçüncü həyat yoldaşı Firudin Nəbiyevin qohumudur )

25. DMX-nin qanunsuz miqrantların saxlanılması mərkəzinin rəisi Əskər Əhmədov – Naxçıvanın Daxili İşlər Naziri Əhməd Əhmədovun əmisi oğlu.

26. DMX-nin şöbə rəisi Şəfəq Tağıyeva — DSX-nin generalı Rəsul Tağıyevin bacısıdır.

Bu siyahını F.Nəbiyevin biznesmen dostlarının övladları ilə daha da uzatmaq olardı. Ancaq nəzərə almaq lazımdır ki, F.Nəbiyev özü də biznesmendir və xeyli sayda kafe-restoranlara sahib olsa da, bununla kifayətlənməyərək Bakı şəhərindəki Türk saç ustalarının işlətdikləri gözəllik salonlarına da “patronajlıq” edir.

Araşdırmalarımız davam edir. Bizi izləyin.
qafqaznews.az

Geri qayıt