Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Masallını talan qoyan keçmiş icra başçısı indi də məktəbə “əl qoyub”

Masallını talan qoyan keçmiş icra başçısı indi də məktəbə “əl qoyub”


21-01-2015, 15:28
Masallını talan qoyan keçmiş icra başçısı indi də məktəbə “əl qoyub”
Editor.az-ın redaksiyasına Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən 233 saylı orta məktəbin direktoru Şirəli Əhədovun qanunsuz əməlləri ilə bağlı şikayət daxil olub.

Müəyyən səbəblərdən adının çəkilməsini istəməyən şikayətçi bildirir ki, 233 saylı orta məktəbdə salamı da pulla alırlar: “Misir Mərdanov Təhsil naziri vəzifəsindən azad olunandan və yerini Mikayıl Cabbarova verəndən sonra bizdə ciddi inam yaranmışdı ki, nəhayət ölkə təhsili inkişaf edəcək, rüşvətxorluq girdabından xilas olacaq. Başqa yerlərdə deyə bilmərəm, 233 saylı orta məktəbin timsalında biz bunu qətiyyən müşahidə etmədik. Burada rüşvət nəinki azaldı, əksinə, daha da geniş vüsət almağa başladı. Yenə də əvvəlki kimi, şagirdlərdən “süpürgəpulu”, “8 mart bayramı pulu” və s. yığılır. Ən qəribəsi odur ki, 8 mart bayramı ilə əlaqədar yığılan pullar məktəbin kişi direktoruna çatır. Hər bir valideynlə “profilaktik söhbət” aparılır. Özü də bu söhbətlərə dərs hissə müdirləri ilə yanaşı direktorun özü də şəxsən qatılır. Açıq şəkildə deyilir ki, keyfiyyətli təhsil üçün qeyri-rəsmi ödəniş edilməlidir. Valideynlərdən bu adla pul alırlar. Amma keyfiyyətli təhsil yoxdur. Direktor müəllimlərin də aylıq məvacibinə “əl qoyur”. Bi sözlə burada sözün əsl mənasında yiyəsizlikdir”.

Xatırladaq ki, 233 saylı orta məktəbin direktoru Şirəli Əhədov 1992-2000-ci illərdə Masallı rayon Təhsil şöbəsinin müdiri, 2000-2002-ci illərdə isə Masallı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub.

2002-2004-cü illərdə Prezident Adminstrasiyasında kurator işləyib.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik…

Geri qayıt