Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Daha bir səhiyyə ocağında biabırçı mənzərə
Daha bir səhiyyə ocağında biabırçı mənzərə26-01-2015, 14:03 |
Redaksiyamıza məlumatları təqdim edən mənbələr bildirirlər ki, bir müddət öncə paytaxtın bir sıra tibb müəsissisələrində yoxlamalar həyata keçirilmişdi. Bu yoxlamaların nətisəsində isə bir neçə xəstəxana və poliklinikada ciddi korrupsiya faktlarının yer aldığı aşkarlanmışdı. Qeyd olunur ki, qanun pozuntularının aşkarlandığı həmin tibb müəssisələrinin məsul şəxsləri barədə müvafiq qaydada ölçülər götürülmüş, bir sıra məsul şəxslər məsuliyyətə cəlb olunmuşdular.Həmçinin məlumatlarda bildirlir ki, həmin ərəfədə 2 saylı Bakı Dəmiryol Poliklinikasınsında da yoxlamalar aparılırdı. Çünki poliklinikada olan mənbələr tərəfindən aidiyyatı olan qurumlara burada ciddi korrupsiya hallarının yer aldığı və poliklinikanın təmir olunması üçün ayrılmış büdcə vəsaitlərinin mənimsənilməsinə dair məlumatlar ötürülmüşdü. Ancaq necə oldusa, 2 saylı Bakı Dəmiryol Poliklinikasınsı bu yoxlamalardan “təmiz” çıxa bildi. Bunun səbəbləri barədə isə mənbələr müxtəlif fikirlər səsləndirirlər. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda biz artıq qeyd etmişdik ki, bu gün Azərbaycanın dövlət səhiyyyə müəssisələrində pulsuz xidmətlərin olması ölkə qanunları ilə təsdiq olunsa da, dövlət balansında olan bəzi xəstəxana və poliklinikalarda vətəndaşlardan açıq-aşkar rüşvət tələb olunur.Baxmayaraq ki, Səhiyyə Nazirliyinin rəsmiləri hər dəfə dövlət xəstəxanalarında müayinə və müalicə prosedurlarının pulsuz olduğunu deyirlər. Lakin görünür bir çox səhiyyə ocaqlarının rəhbərləri nazirliyin bu fikri ilə razı deyillər. Daha doğrusu rəsmi bəyanatlarda əlbəttə ki, onlar da bu fikirləri təsdiqləyir və onları bir şüar kimi təkrarlayırlar. Lakin əməli fəaliyyətə gələndə, demək olar ki, bu gün ölkənin tibb müəssisələrinin girəcəyində sadəcə bir elan çatışmır: “Pulsuz giriş qadağandır!” Redaksiyamıza təqdim olunan məlumatlarda Bakının Biləcəri qəsəbəsində yerləşən 2 saylı Bakı Dəmiryol Poliklinikasında da xəstələrin maddi durumlarının bilavasitə onların səhhətinə, daha dəqiq desək pozulmuş səhhətlərinin müalicəsinə böyük təsiri olduğu vurğulanır. Həmçinin məlumatlarda poliklinikanın baş həkimi Həmzə Həsənovun öz fəaliyyətində yol verdiyi saxtakarlıq hallarına dair konkret faktlar təqdim olunur, burada xüsusilə son vaxtlar yaranmış vəziyyətin həddindən artıq acınacaqlı olduğu bildirilir. Xüsusi olaraq vurğulanır ki, istisnasız olaraq bütün xəstələr Dəmiryol Poliklinikasının baş həkimindən tutmuş, tibb bacılarına qədər hamıya pul ödəməli olurlar. Pul ödəməkdən imtina edən xəstələr isə nə əməlli müayinədən keçə bilmirlər, nə də onlara doğru-dürüst müalicə təyin olunmur. Daha sonra mənbələr bildirirlər ki, 2 saylı poliklinikada xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi əsil kommersiya fəaliyyətinə çevrilib. Qeyd edək ki, bütün bu deyilənlərə aydınlıq gətirmək üçün tərəfimizdən bir neçə dəfə baş həkim Həmzə Həsənovla əlaqə saxlamağa cəhd göstərilsə də, onunla danışmaq mümkün olmayıb. Həm də tibbi arayışlar vətəndaşa əslində qeydiyyatda olduğu tibbi müəssisə tərəfindən verilməli olduğu halda, Dəmiryol Poliklinikasında Bakının istənilən rayonunda yaşayan və qeydiyyatda olan şəxslər sağlamlıq haqqında arayış ala bilərlər. Bu arayışların isə standart müəyyən edilmiş qiyməti vardır ki, bu da 40 manat təşkil edir. Bundan başqa, redaksiyamıza daxil olan digər məlumatlarda 2 saylı Bakı Dəmiryol Poliklinikasında tətbiq olunan “ölü canlar” üsulu ilə də dövlət vəsaitlərinin mənimsənildiyi iddia olunur. Bildirilir ki, poliklinikanın baş həkimi bu tibb müəssisəsinin kadrlar üzrə mufəttişi və təsərüffat müdiri-xəzinədarı ilə qabaqcadan əlbir olmaqla və razılaşmaqla ştatdan əlavə şəxsləri poliklinikanın işçisi kimi rəsmiləşdirərək adı olub, özü olmayan bu işçilərin əməkhaqlarını mənimsəyirlər. Geri qayıt |