Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Şabranın icra başçısından iddialı açıqlama: «Heydər Əliyevi mən hakimiyyətə gətirmişəm, kimsə mənə dəyə bilməz»

Şabranın icra başçısından iddialı açıqlama: «Heydər Əliyevi mən hakimiyyətə gətirmişəm, kimsə mənə dəyə bilməz»


28-01-2015, 14:09
Şabranın icra başçısından iddialı açıqlama: «Heydər Əliyevi mən hakimiyyətə gətirmişəm, kimsə mənə dəyə bilməz»
DİA.AZ: - Redaksiyamıza müraciət edən Şabran rayon sakinləri icra başçısı Novruz Novruzovun əməllərindən cana doyduqlarını bildirirlər. DİA.AZ-a bu barədə yazan şabranlılar maraqlı ifadələr də işlədiblər.

Onlar bildirirlər ki, prezidentin icra başçıları ilə bağlı sərəncamlarını həyəcanla oxuyurlar: «Həvəslənirik ki, birdən Novruz Novruzovun da vəzifədən alınma xəbərini oxuyaq. Dünən də belə həvəslənmişdik. Amma yanıldıq».

DİA.AZ vasitəsilə prezidentə müraciət edən şabranlılar bildirir ki, 8 ildir rayona rəhbərlik edən Novruz Novruzov rayonda rüşvət piramidası qurub: «Bütün yığılan rüşvətlər dolayı yolla ona çatır. Kim işkayətçi düşürsə, həmin adamı hədələyir, təqib etdirir.

Novruz Novruzov hər yerdə deyir ki, onsuz da «yuxarılara» şikayət etməyin mənası yoxdur. Çünki sonda şikayətlər baxılması üçün ona göndərilir».

«Özü barəsində çox yuxarı fikirdə olan Novruz Novruzov hətta iddialı fikirlər də səsləndirir» deyən şabranlılar DİA.AZ-a onu da açıqlayıblar ki, bəs Şabran RİH rəhbəri hər yerdə özünün toxunulmazlığı ilə öyünür: «Hər yerdə deyir ki, o, Heydər Əliyevin hakimiyyətə gəlməsinə kömək etdiyinə görə, kimsə ona dəyə bilməz. Amma mərhum Heydər Əliyevi kimsə yox, məhz Azərbaycan xalqının iradəsi hakimiyyətə gətirib. Amma bunu Novruz Novruzov öz adına çıxır və narazı şabranlıları bununla hədələyir».

Bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt