Əsas Səhifə > Güney Press, Reklam > "Bakcell" uşaqların fiziki-psixoloji sağlamlığının qorunmasını dəstəkləyir

"Bakcell" uşaqların fiziki-psixoloji sağlamlığının qorunmasını dəstəkləyir


29-01-2015, 16:40
"Bakcell" uşaqların fiziki-psixoloji sağlamlığının qorunmasını dəstəkləyir
"Bakcell" şirkəti, Azərbaycanın Təhsil Nazirliyi və "British Council Azerbaijan" "TOPs Proqramı - Şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi" model layihəsinə dəstək verir.

"Bakcel"-dən "APA-Economics"ə verilən məlumata görə, "İnkişaf Naminə İdman" İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin məqsədi hədəf Bakı Şəhər Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən, 3 ümumtəhsil məktəbində fiziki tərbiyə fənnini tədris edən müəllimləri bu fənn üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir. Bu metodun tətbiqi eyni zamanda, təhsil müəssisələrində təhsil alanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılmasına, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunmasına xidmət edir.

Layihənin ilkin model fazası 2015-ci ilin 31 may tarixinədək davam edəcək və bu mərhələdə yalnız Bakı şəhərindəki orta ümumtəhsil məktəblərində həyata keçiriləcək.

Layihədən nəticəsində fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikası təkmilləşdiriləcək və ölkənin bütün ümumtəhsil məktəblərində tətbiq oluna biləcək fəal təlim metodu hazırlanacaq. Eyni zamanda 3000 nəfərdən artıq uşaq və valideynin sağlam qida, fəal həyat tərzi, idmanın sosial bacarıqların inkişafında roluna dair məlumatlılığı artacaq.

"Bakcell Starts" Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə "Bakcell" şirkəti uşaqlar üçün yeni imkanlar yaradan bir sıra layihələrə dəstək verir.

Geri qayıt