Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Şəki-Bazar" ASC ətrafında qalmaqal böyüyür – Narazı vətəndaşların məhkəmə şübhəsi
"Şəki-Bazar" ASC ətrafında qalmaqal böyüyür – Narazı vətəndaşların məhkəmə şübhəsi2-02-2015, 12:58 |
DİA.AZ: - "Əvvəlki müraciətlər hakim Cahid İmanov tərəfindən ədalətsiz qərardad qəbul edilərək geri qaytarılmışdır ki, hər bir iddiaçı fərdi qaydada dövlət rüsumu ödəməklə, ayrı-ayrılıqda iddia yazaraq məhkəməyə müraciət etməlidir. Mən, artıq 3-cü dəfədir, ərizədə xatırladıram ki, eyni tərəflər, eyni əsaslar və predmet üzrə olan iddia ərizəsi kollektiv surətdə verilə bilər" Bu fikirləri göndərdiyi müraciətində "Şəki-Bazar" ASC-nin sabiq müdiri Ürfət İbrahimov tərəfindən aldadılan 27 nəfər zərərçəkmişin hüquqlarını müdafiə edən Valeh Yusifli deyib. Onun sözlərinə görə, 27 nəfər zərərçəkən "Şəki-Bazar" ASC-nin sabiq müdiri Ürfət İbrahimova qarşı "Pul tələbinə dair" iddia ərizəsi ilə 3-cü dəfə Şəki Rayon Məhkəməsinə müraciət edib: "40-a yaxın iddiaçı 2 iddia ərizəsi ilə, kollektiv olaraq, müraciət edib ki, "Ticarət Mərkəzi" tikmək adı ilə onlardan aldadılaraq alınmış pullar geri qaytarılsın. Əvvəlki müraciətlər hakim Cahid İmanov tərəfindən ədalətsiz qərardad qəbul edilərək geri qaytarılıb. Səbəb göstərilib ki, hər bir iddiaçı fərdi qaydada dövlət rüsumu ödəməklə, ayrı-ayrılıqda iddia yazaraq məhkəməyə müraciət etməlidir. Mən artıq 3-cü dəfədir ki, ərizədə tərəflərin eyni əsaslar və predmet üzrə olan iddia ərizəsinin kollektiv surətdə verilə bilməsini xatırladıram. Hələlik, müstəqil Azərbaycanın məhkəmə tarixində hakimin iradları yalnız Şəki Rayon Məhkəməsində praktiki olaraq baş verir və verməkdədir. Sonuncu 5 dekabr ərizəsinə də 2 gün qabaq hakim C. İmanov yenə də qərardad qəbul edərək geri qaytaracağını bildirdi. ( Amma 20 gündür ki, nə qərardad qəbul olunub, nə də ərizə icraata götürülüb). Məsələni Məhkəmə Hüquq Şurası ilə müzakirə etdim. Onlar bildirdilər ki, apelyasiya şikayəti verilməlidir, bundan sonra ədalət bərpa olunacaq. Bəli, apelyasiya şikayəti veriləcək. Amma yaxşı olardı ki, Şəki Rayon Məhkəməsi Azərbaycan Respublikasının qanunvericiliyi üzrə qərardad, rayonda kimsədən asılı olmayaraq müstəqil qərar qəbul etsin, hakimlər insanların kasıbçılığını nəzərə alaraq, onların hər birini ayrı-ayrılıqda 30 manat 20 qəpik dövlət rüsumu ödəməyə məcbur etməsin. Hakim öz işini də çətinləşdirməsin. Eyni tərəflər, eyni predmet və eyni əsaslarla olan iş materiallarını ayrı-ayrılıqda icraata götürməklə yükünü ağırlaşdırmasın, çəkişməni ədalətlə aparsın". Onu da bildirək ki, DİA.AZ-a bu insidentlə bağlı yeni müraciət daxil olub. Müraciət müəllifi olan narazı vətəndaşlar yazır: “2 il həbsdə yatmış və 1 il sınaq müddətinə cəza verilmiş sabiq İcra başçısının qardaşı Ürfət İbrahimova qarşı bir qrup Şəki sakinlərinin "Pul tələbinə dair" verdikləri idia ərizəsini min bir bəhanə ilə icraata götürməkdən yayınan Şəki rayon məhkəməsi hakimləri bu dəfə Apellyasiya hakimlərilə razılaşıblar, Razılaşdırılıb ki, onların ərizəni icraata qəbul etməmələri barədə qəradadları qüvvədə saxlanılsın. Ona görə də məqsədimiz aldadılmış Şəki sakinlərinin yerli məhkəmə qapılarında düşdükləri süründürməçiliyi ictimaiyyətin və rəsmilərin diqqətinə çatdırmaqdır. Belə ki, 40-a yaxın vətəndaşların dələduz sabiq "bazarkom" Ürfət İbrahimova qarşı yerli məhkəmədə təmin edilməyən iddialarından verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsində fevralın 6-da saat 11-30 və 12-15-ə təyin edilməsinə baxmayaraq (sədrlik edən hakim Hümmət Səlimov) qərardaddan verilən şikayət (dələduzun xeyrinə) təmin edilməyəcək”. Məlumatlı mənbənin sözlərinə görə sabiq İcra başçısının dələduz qardaşına qarşı növbəti cinayətin açılmasının qarşısının alınması üçün Apellyasiya hakimləri Ali Məhkəmə ilə formal olaraq razılığa gəliblər. (Ali Məhkəmənin plenumunda bu işlə bağlı qəbul edilmiş hansısa qərara istinad edilərək) Daha sonra şikayətçi yazır: “Odur ki, əvvəlcədən Şəki Apellyasiya Məhkəməsində 6 fevral tarixində nəticəsi əvvəlcədən məlum olan qətnaməyə görə arxalı dələduz “bazarkom”u müdafiə edən hakimləri, işi nəzarətə götürən(lakin nəzərə alınmayan) Məhkəmə Hüquq Şurasını,Ədliyyə Nazirliyini və Ali Məhkəmənin bütün heyətini əvvəlcədən təbrik edir və can sağlığı arzu edirəm. Sükanı belə saxlamaq lazımdır”. Geri qayıt |