Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Yuxarılar" icra hakimiyyətinin başçısını belə cəzalandırdı

"Yuxarılar" icra hakimiyyətinin başçısını belə cəzalandırdı


2-02-2015, 13:53
"Yuxarılar" icra hakimiyyətinin başçısını belə cəzalandırdı
Bakı şqəhərində Mətbuat prospekti boyunca binaların fasad örtükləri dəyişdirilir. Aparılan abadlaşma işləri ilə bağlı «Qələbə dairəsi»ndən «Qurd qapısı dairəsi»nə qədər olan ərazilərdə aparılan abadlıq işləri ilə bağlı olaraq əhali arasında narazılıqlar var. Binalarda aparılan abadlıq işləri ilə əlaqədar olaraq sakinlərə verilməli olan kirayə pulları isə mənimsənilir. GUNDEMİNFO.AZ-a danışan sakinlərdən biri bildirir ki, üzləmə işlərinin aparılması ilə əlaqədar olaraq onlar Yasamal rayon icra hakimiyyətinə kirayə pullarını ala bilməmələrinə dair şikayət etdikcə olduqca ilginc cavab alıblar.

Məlum olub ki, prospekt boyunca yerləşən 3 beşmərtəbəli yaşayış binasında təmir işlərinin aparılmasına Yasamal rayon icra hakimiyyəti deyil, Şəkinin icra hakimiyyəti nəzarət edir.

GUNDEMİNFO.AZ-a müraciət edən sakinlər deyir ki, 5 binanın fasadının yenilənməsi işlərində işləyən bütün işçilər də Şəki və Oğuz rayonlarından gəliblər.

Bu mövzu ilə bağlı gundeminfo.az-ın əməkdaşlarının apardıqları araşdırma zamanı ortaya olduqca ilginc məqamlar çıxıb.

Məlumata əsasən Elxan Usubov Şəki şəhərində Oxut kəndi istiqamətində əlil uşaqlar üçün nəzərdə tutulmuş pansionatı sökərək özü üçün 4 mərtəbəli dəbdəbəli villa inşa edib. Həmin pansionatda məskunlaşmış iki ailədən ibarət olan Xocalı köçkünlərinə isə həmin villada gözətçi, xadimə işləri verib. Bu olaydan sonra sadə həyat tərzindən çox-çox uzaq olan Elxan Usubovla bağlı ən yüksək dairələrdə müzakirələr aparılıb. Bəlli olub ki, Şəkinin icra başçısı pansionatın yerində inşa etdiyi villasına bahalı örtük daşları ilə 2 milyon manatdan çox vəsait xərcləyib. Hətta icra başçısı öz villasını İçəri Şəhər Dövlət Qoruğundakı «Şirvanşahlar sarayı»na bənzətmək üçün köhnə üzlüklərdən, daşlardan istifadə edib.

İcra başçısının bu hərəkətindən sonra onun Bakıda binaların fasad örtüyünün dəyişdirilməsi üçün təhkim olunaraq cəzalandırıldığı bildirilir.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.


"Yuxarılar" icra hakimiyyətinin başçısını belə cəzalandırdı
"Yuxarılar" icra hakimiyyətinin başçısını belə cəzalandırdı
"Yuxarılar" icra hakimiyyətinin başçısını belə cəzalandırdı
Geri qayıt