Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Təhsil nazirliyi saxta diplom məsələsini yenidən araşdırır - İki rektorun «papka»sı qoltuğuna veriləcək
Təhsil nazirliyi saxta diplom məsələsini yenidən araşdırır - İki rektorun «papka»sı qoltuğuna veriləcək3-02-2015, 14:43 |
DİA.AZ: - Saxta diplom problemi bu gün ölkə gündəmini ciddi şəkildə məşğul etməkdədir. Bu bir faktdır ki, hazırda onlarla məmur var ki, məhz qeyri-leqal şəkildə ali təhsil sahibi olublar. Və acınacaqlı orasıdır ki, onlara «gözün üstündə qaşın var» deyən belə yoxdur. O da sirr deyil ki, saxta diplom məsələsi keçmiş təhsil naziri Misir Mərdanovun vaxtında populyarlaşıb və bu işdən külli miqdarda gəlir götürənlər də olub. Məhz Misir Mərdanovun vaxtında neçə qondarma ali təhsil müəssisəsi var idi ki, bu tipli «qara işlərin» icrası üçün nəzərdə tutulmuşdu.. Mikayıl Cabbarov təhsil naziri postuna keçəndən sonra isə bu yöndə ciddi işlər həyata keçirsə də, hələ də keçmiş təhsil naziri Misir Mərdanovdan qalma kadrların əksəriyyətinin toxunulmaz qalması, onların yenidən köhnə üsullarla pul qazanmalarına şərait yaratmaqdadır. Amma bu da müvəqqətidir. DİA.AZ-a daxil olan bilgilərdən belə anlaşılır ki, təhsil nazirliyi tərəfindən məhz saxta diplom məsələsinə görə yeni TARAMA PROSESİ gözlənilir. Məlumatlı mənbənin iddialarına görə, konkret olaraq iki ali məktəbin rəhbərinin fəaliyyəti nəzarətə götürülüb. Həmin ali məktəb rəhbərlərinin təhsil nazirliyinə diplom üçün təqdim etdiyi sənədlər də «şübhəli material» kimi ciddi təftiş olunur. Qeyd edək ki, həmin ali təhsil ocaqlarının adları dia-az.life-a bəllidir. Lakin baş verənlərin tələbələr arasında da böyük ajiotaja nədən olacağını bildiyimizdən bəzi bilgiləri özümüzdə saxlamaq qərarına gəldik. Mövzu diqqətimizdədir… Geri qayıt |