Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Gədəbəydə şəhid ailəsindən rüşvət istəyirlər
Gədəbəydə şəhid ailəsindən rüşvət istəyirlər11-02-2015, 12:42 |
Gədəbəy rayonu, Qumlu kənd sakini Məmmədova Reyhan Namazalı qızı BİZİMXEBER.AZ-a müraciət edib. Müraciətdə deyilir: “ Həyat yoldaşım Məmmədov Bayram Süleyman oğlu 1993-cü ildə Füzuli rayonunda ermənilərə qarşı döyüşdə şəhid olub. Ailəmiz çətin durumdadır. Neçə ildir ev növbəsindəyik. Ev növbəsində 34-cü olsam da müharibə veteranları üçün tikilən 2 binada bizim ailəyə mənzil vermədilər. Ev almaq üçün rüşvət istəyirlər”. Şəhid ailəsi sonda ölkə rəhbərliyindən kömək istəyir. Geri qayıt |