Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Salyanda partlayış xəbərdarlığı

Salyanda partlayış xəbərdarlığı


12-02-2015, 15:56
Salyanda partlayış xəbərdarlığı
“Azəriqaz”ın rayon idarəsinə sərt ittiham
Salyan rayon Qaz İstismar İdarəsi növbəti fırıldağa əl atıb.
Bizimxeber.AZ xəbər verir ki, bu barədə Arqument.Az-a daxil olan məlumatda bildirilir ki, ötən ilin dekabrında mediada işıqlandırılan problemlərə bu günlərdə əncam çəkilsə də, idarənin daha bir qanunsuzluğu üzə çıxıb.
Rayon sakinlərinin bildirdiyinə görə, Qızılağac, Bəydili, Dayıkənd, Alçalı və Quyçu kəndlərinə qaz xəttlərinin çəkilişi başlanıb. Lakin bəzi kəndlərdə xəttlər yerin altı ilə çəkilir: “Qazın yerin altı ilə çəkilməsi xətalıdır. Boru xətləri yaşayış evlərinin lap yaxınlığından keçir. Bir müddətdən sonra sızma, partlayış baş verə bilər”.
Kənd sakinlərinin sözlərinə görə, borular izolyasiya olunmadan torpağa basdırılır. Bundan narazı sakinlər qaz xəttlərinin yerin altı ilə çəkilməsi səbəbini idarənin törətdiyi külli miqdarda korrupsiya faktları ilə izah edirlər: “Bütün rayon ərazisində qaz xəttləri torpağın üstü ilə çəkilib. İndi isə əksinədir. Qaz xəttləri yerin altı ilə çəkiləndə əlavə borulara ehtiyac qalmır. Ona görə də idarə məhz bu yolu seçib”.
Bildirək ki, yuxarıda adı çəkilən kəndlər Bakı-Astara magistral yolu üzərində yerləşir. Bir müddət sonra yol kənarında yerləşən kəndlərdə qaz sızması, yaxud partlayış baş verərsə, bunun fəsadlarını düşünmək elə də çətin deyil.


Salyanda partlayış xəbərdarlığı
Geri qayıt