Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Prezidentə söykənən nazir icra başçılarına qarşı "savaş açır"
Prezidentə söykənən nazir icra başçılarına qarşı "savaş açır"14-02-2015, 10:27 |
Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında məmurlar hədələməsi cəmiyyətdə özbaşınalıq edənlərin cəzalandırılacağına inamı artırıb. Xatırladaq ki, dövlət başçısı çıxışında icra başçılarının adını xüsusi qabartmaqla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının aşağı düşməsinin təkcə quraqlıqla bağlı olmadığını, bunun bu sahədə korrupsiya ilə bağlı olduğunu vurğulaması, qarşıdakı aylarda məmurları heç də yaxşı günlərin gözləməyindən xəbər verir. Müşavirədə ən diqqət çəkən məqamlardan biri də kənd təsərrfatı naziri Heydər Əsədovun çıxışı və bu çıxışda onun ötən il məhsuldarlığın kəskin aşağı düşməsinin səbəblərini yalnız quraqlıqla əllaqələndirməsi ortaya yeni mənzərə çıxarıb. Onun korrpsiyaya yol verən rayon icra başçılarını nədən qorumaq istəməsi anlaşılmasa da, İlham Əliyevin çıxışında Heydər Əsədova dolayısı illə xəbərlarlıq etməsi diqqətdən qaçmadı: "İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Ona görə indi statistik göstəricilər daha da realdır. Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır» Bu və ya digər məqamlarla bağlı Mia.az-a verilən məlumata görə, prezidentin həm icra başçılarına, həm də nazirlərə xəbərdarlıqları və kifayət qədər açıq tonla danışması, məmurları qarşıda ciddi sınaqların gözlədiyindən xəbər verir. Maliyyə Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşın verdiyi məlumata görə, yaxın müddətdən başlayaraq, subsidiyaların mənimsənilməsinə görə barələrində cinayət işi açılmış rayonlarla bağlı daha bir hesabat Prezident Administarsiyasına təqdim olunacaq: "Bildiyiniz kimi, müşavirədə prezident subsidaiyaların mənimsənilməsinin «nüvəsi»ni təşkil edən icra başçılarını dolayısı ilə hədəfə aldı. Bunun inkarı da mümkün deyil. Axı, bu gün hamı bilir ki, subsidiyaların kəndlilərə paylanılmasında Maliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyindən daha çox, rayon icra hakimiyyətləri və onların yerli nümayəndələrindən ibarət komissiyalar böyük rol oynayır. Ancaq kənd təsərrüfatı naziri Heydər Əsədov "ənənə"yə sadiq qalaraq, bunları nədənsə açıq atmosferdə keçən iclasda dilə gətirmək istəmədi. Görünür, bəzi icra başçılarının Heydər Əsədovu «dalan»a sıxması, bəzilərinin isə nazirlə anlaşması haqda yayılan söz-söhbətlər də təsadüfi deyil. Prezident İlham Əliyev isə "İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi» ifadəsi ilə elə Heydər Əsədovun özünə də xəbərdarlıq etmiş oldu. Bu isə hər zaman ehtiyatlı və tədbirli davranışı ilə seçilən Heydər Əsədovu indi hərəkətə gətirəcək. Yəni deyə bilərəm ki, bu il ötən ilki vəziyyətdən fərqli mənzərə olacaq. Heydər Əsədov bu dəfə daha məqsədli olacaq. Mənim bildiyimə görə, Maliyyə Nazirliyi ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi də artıq real addımlar atmağa başlayıblar». Müsahibimiz deyir ki, artıq Heydər Əsədov nazirliyin əməkdaşlarını rayonlara səfərbər edib: «Nazir Heydər Əsədov payız taxıl səpin ərazilərini indidən monitorinq etdirməyə başlayıb. Bununla o, əkin sahələrinin şişirdilməsinin qarşısını almaq niyətində olmaqla yanaşı, 2 ay əvvəl verilən sənədləri yoxlama istəyir. Belə ki, rayonlar 01 dekabr 2014-cü ilə olan movcud vəziyyəti əks etdirən sənədləri atrıq nazirliyə təqdim ediblər. Kənd Təsərrüfatı sahəsi ilə bağlı əsas cavabdeh şəxs olan Heydər Əsədov da sənədlərdə göstərilən əkin sahələrinin hesabatını yerlərdə monitoriq keçirib, faktiki dəqiqləşdirmək, bununla da korrpsuya halları ilə bağlı indidən sərt tədbirlərə əl atmaqda qərarlıdır. Şübhəsiz ki, belə vəziyyət subsidiyaların ayrılması prosesindəki birinci mərhələdə icra başçılarının əvvəlki kimi korrupsiyaya yol vermələrinin üstünü açacaq. Bu isə ortaya iki yol çıxaracaq: İcra başçıları ya Heydər Əsədovla anlaşmaya gedib, qazancı bölməyə çalışacaqlar, ya da açıq savaşa girəcəklər. Bütün hallarda bəzi icra başçıları ilə nazirin bu savaşs qaçılmazdır». Mənbə deyir ki, nazir Heydər Əsədov icra başçıları ilə savaşa bu dəfə cürətkar girəcək: «Əlbəttə, Heydər Əsədov prezidentin sözlərindən sonra cürətkar davranacaq. Ancaq onun bütün icra başçılarına hökm edəcəyini də söyləmək çətindir. Çünki elə icra başçıları var ki, Heydər Əsədov durdurmaq gücü çoxdur. Bu, ötən ilin monitorinqləri zamanı da özünü göstərdi. Bu dəfə də belə olacağı gözlənilir. Düzdür, Heydər Əsədov ehtiyatlı davranışlarını "döyüşkən ruh”la əvəzləyib, şəxsən prezidentə açıq məruzə edə bilərsə, o zaman vəziyyət kökündən xeyrinə dəyişəcək». Geri qayıt |