Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Gülağa İslamovun Şağan Təzə Sahə Massivindən xəbəri yoxdur
Gülağa İslamovun Şağan Təzə Sahə Massivindən xəbəri yoxdur18-02-2015, 14:46 |
Bakıda tamam baxımsız qalan, yolları keçilməz Xəzər rayonu, Şağan qəsəbəsi, Təzə Sahə Massivi deyilən bir ünvan var. Hansı ki, ölkə başçısı İlham Əliyev hər gün bu massivin 10 metrliyindən keçib səhər işə, axşam da evə gedir. Amma hasarın arxa tərəfində nəyin baş verdiyindən, insanların hansı problemlərlə üzləşdiyindən xəbərsizdir. Yol inkişaf edən ölkənin yoluna yox, hansısa ən geridə qalmış bir ölkənin dağ kəndlərinin yolunu xatırladır. Cənab prezident… Əgər Azərbaycan inkişaf edirsə, o zaman Təzə sahə massivi Azərbaycana aid olan bir ərazi deyil. Çünki, bu sahə sadəcə biabırçılıqdır… Əlbətdə, yol kənarından bir neçə metr küçə istiqamətində yol çəkilib. Amma bu yol adamı çox uzağa aparmır. Bunun da səbəbi var. Ölkə prezidneti keçərkən yolu görsün… Bəs görünməyən hissə? Dəfələrlə aidiyyatı qurumlara, rayon icra hakimiyyətinin bu sahəyə məsul şəxslərinə deyilsə də, problem elə necə varsa elə də qalmaqdadır. Əksinə, il ildən çoxalır. Bələdiyyə sədri yoxdur… Bura yeganə ünvandır ki, bələdiyyə sədri yoxdur. Əgər olsaydı, sakinlər mütləq onu tanıyardı. Deyəsən bu ərazinin millət vəkili də yoxdur. Çünki sakinlər onları Milli Məclisdə təmsil edən Rauf Əliyevi ümumiyyətlə tanımırlar. Uzun illərdi dözüb gözləyən sakinlər artıq yolun lap keçilməz olduğunu deyirlər: “iki ay əvvəl yenidən Bələdiyyə seçkiləri keçirildi. Amma nə fayda, yenə köhnə palçıqlı yol, baxımsız ərazi…” Sakinlər bildirir ki, Xəzər rayon icra başçısı Gülağa İslamova, bələdiyyə sədrinə (massiv sakinlər bələdiyyə sədrinin adını belə bilmir), Şağan kənd sovetinə milyonlarla müraciət ediblər. Nəticə yoxdur. Ümumiyyətlə, heç bir qurumun ən aşağı vəzifə sahibi belə bu massivə baş çəkməyib, problemin həllində yardımçı olmayıblar. Cəmi bir dəfə rayon icra başçısının müavini ilə telefon danışığı olub və o da öz növbəsində bildirib ki, yolun bərpası onlara aid deyil, sakinlər pul yığıb düzəltsinlər. Bu eynilə Gülağa İslamovun müşavirələrin birində dediyin sözün təkrarıdır. Bələdiyyə seçkisi ərəfəsində, Şağan qəsəbəsində heç bir problemin olmadığını deyən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov mətbuata verdiyi açıqlamada bildirib ki, Xəzər rayonu inkişaf edir… Təbii ki, o dediyinin yalan olduğunu bilirdi, amma neynəmk olardı, tərifləmək lazım idi ki, Gülağa müəllimin qohumu olan biznesmen bələdiyyə sədri yenidən sədr olsun. Elə isə, bütün aidiyyatı qurumlar baxsın. Diqqətlə baxın, görün ki, Gülağa İslamovun rəhbəri olduğu rayonun massiv yolu hansı gündədir? Bu 10 ildə yola bir maşın qum tökmək nə qədər çətindir cənablar? Niyə bələdiyyə sədri bir dəfə bu əraziyə gəlməyib? Burda yaşayan insanları, məktəbə və bağçaya gedən körpələri niyə adam hesab eləmirsiz? Şəkilləri təqdim edirik, baxın və sadəcə utanın. Utanın ki, 2015-ci ildə inkişaf edən Azərbaycanın massiv yolu nə gündədir… Massivdən daha geniş reportajı yaxın günlərdə təqdim edəcəyik… Bizimxeber.az Geri qayıt |