Əsas Səhifə > Güney Press, Reklam > “Bakcell” “Təhsil üzrə ən yaxşı KSM layihəsi” nominasiyasında birinci olub

“Bakcell” “Təhsil üzrə ən yaxşı KSM layihəsi” nominasiyasında birinci olub


19-02-2015, 12:37
“Bakcell” “Təhsil üzrə ən yaxşı KSM layihəsi” nominasiyasında birinci olub
“Bakcell” şirkəti ABŞ Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi (AmCham) tərəfindən təsis edilən “Təhsil üzrə ən yaxşı KSM layihəsi” nominasiyasında birinci yerə layiq görülüb.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, 30-a yaxın “AmCham” üzvü tərəfindən təqdim olunan 70-ə yaxın layihə arasında “Bakcell”in Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində həyata keçirilən və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinə dəstək layihəsi xüsusi seçim komitəsi tərəfindən 176 baldan 110 toplayaraq birinci yerə sahib çıxıb.

Qeyd edək ki, “Bakcell”in KSM strategiyası iki istiqamətdə fəaliyyət göstərir: xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası və gənclərin təhsili.

“Bakcell” öz KSM siyasəti ilə ölkənin hər yerində yaşayan fiziki və emosional qüsuru olan uşaqlara və onların ailələrinə ümid bəxş edir.

KSM strategiyasının ikinci istiqaməti olan təhsil proqramının məqsədi gəncləri informasiya-kommunikasiya texnologiyaları dünyası ilə daha yaxından tanış etmək, onların bu sahədə bilik və bacarıqlarını artırmaq və ölkənin telekommunikasiya sektorunda uğur qazanmaq potensialı olan gənc kadrları dəstəkləməkdir.

Geri qayıt