Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Minlərlə mühafizəçiləri aldadıb pulunu yeyən “gizli əl” kimdir?

Minlərlə mühafizəçiləri aldadıb pulunu yeyən “gizli əl” kimdir?


20-02-2015, 13:41
Minlərlə mühafizəçiləri aldadıb pulunu yeyən “gizli əl” kimdir?
Azərbaycanda 7 min mühafizəçini aldadaraq pulunu mənimsəyən şirkət rəhbərliyində həbslər davam edir.

Tia.az-a xəbərə görə, “Azər Mühafizə” və “Qala” Beynəlxalq Təhlükəsizlik Xidmətini himayə edən məmur axtarışdadır. Hüquq-mühafizə orqanları ən böyük gizli əli tapmağa çalışır və yaxın vaxtlarda iri ranqlı məmurlardan birinin başı gedə bilər. Hazırda hər iki şirkətin rəhbər şəxslərinin mənimsədiyi vəsaitlərin ümumi məbləği hesablanır.

Mühafizəçilərə veriləcək kompensasiyaların ödənişi məsələsinə istintaqdan sonra aydınlıq gətiriləcək. Mühafizə şirkətinin rayon filialları rəhbərlərinin də həbsi istisna olunmur. Salyan, Şabran, Quba, Tərtər və başqa rayonlarda aldadılan mühafizəçilər etiraza artıq qalxıb.

Qeyd edək ki, bundan əvvəl “Qala-BTX” və "Azər Mühafizə” MMC-nin direktoru Vüqar Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.

Geri qayıt