Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Şamaxıda icra başçısına söykənən rüşvət piramidası
Şamaxıda icra başçısına söykənən rüşvət piramidası20-02-2015, 14:34 |
DİA.AZ: - Şamaxı rayonunda səhiyyə sisteminin acınacaqlı durumda olması, bu sahəyə rəhbərlik edən Elxan Məmmədovun isə öz işində yol verdiyi çeşidli qanun pozuntuları ilə mövcud vəziyyəti getdikcə daha da ağırlaşdırması artıq heç kəs üçün sirr deyil. Bununla bağlı DİA.AZ-a rayondan verilən məlumatda deyilir ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Elxan Məmmədovun özbaşınalıqlarından bəhs edən bir neçə tənqidi materialın mətbuatda işıqlanması, böyük rezonans yaradıb. Redaksiyamıza daxil olan məlumatlarda yerli sakinlərin xüsusi narazılığını doğuran amillərdən birinin xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlərin olduğu göstərilir. Bu xüsusda mənbələr bildirirlər ki, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Bəzi hallarda isə bu maxinasiyalar üçün kənd xəstəxanaları daha əlverişli olur. Buna görə də bu gün rayon səhiyyəsinə alınan dərmanların silinmə sənədləri araşdırılarsa, bəzi kənd xəstəxana və tibb məntəqələrində dərmanlardan əldə olunan qazancın mərkəzi xəstəxanadan daha çoxd olduğu məlum olar. Halbuki, onların demək olar heç birində xəstələr yatmır. Digər tərəfdən isə, məlumatlarda RMX-nın doğum şöbəsinin fəaliyyətinə dair ciddi iradlar irəli sürülür. Şikayətçilər bildirirlər ki, şöbənin müdiri Nəzakət Abdulrəzəqova doğuş üçün konkret qiymətlər müəyyənləşdirib. Belə ki, qeysər üsulu ilə doğuş həyata keçirmək istəyən analar bunun üçün 500-600 manat pul ödəməlidirlər. Təbii doğuş isə 400-500 manata başa gəlir. Üstəlik, bu xərclərdən əlavə tibb bacılarına, sanitarlara bələkpulu, şirinlik adı ilə əlavə hörmət də etmək lazımdır. Şöbə müdiri isə deyir ki, yığdığı pulların bir hissəsini RMX-nın baş həkimi E.Məmmədova çatır. Sakinlər dia-az.life-a yazırlar ki, səlində hansısa xəstəxana müdiri və yaxud da idarə-müəssisə rəhbəri heç də özbaşına olara rüşvət almır və ala da bilməz: “Hər yerdə olduğu kimi, Şamaxıda da bütün bunların arxasında birbaşa olaraq icra başçısı dayanır. Asif Ağayev elə bir sistem qurub ki, əgər Şamaxıda vəzifən varsa, rüşvət almaq, yeyintiyə yol vermək məcburiyyətindəsən. Əks halda, başçının “aylıq haqqını” ödəyə bilməyəcəksən. Elə Şamaxınıln baş həkimi də digər idarə müdirləri kimi həm də buna görə “almaq”, “yemək” zorundadır”. Bütün bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |