Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Manatı öldürən Elman Rüstəmov xalqdan gizlənir?

Manatı öldürən Elman Rüstəmov xalqdan gizlənir?


21-02-2015, 15:42
Manatı öldürən Elman Rüstəmov xalqdan gizlənir?
DİA.AZ: - Məlum olduğu kimi, bu gün səhər saatlarından Azərbaycanda manatın dəyəri 33 faiz aşağı salınıb. Bu barədə qərarı verən Mərkəzi Bankın idarə heyəti təkcə cəmiyyəti yox, həm də elə bank sektorunu çıxımaz vəziyyətə salıb.

DİA.AZ bildirir ki, MB-nin bu qərarından sonra ölkə üzrə valyuta satışı dayandırılıb. Hər kəs əvvəlki qiymətlərin geri qaytarılacağı ümidilə, hansısa yeniliyin baş verəcəyi inamı ilə gözləməkdədir.

Hətta vəziyyət o həddə çatıb ki, dükanlara depolar tərəfindən malın verilməsi də dayandırılıb.

Bütün bunlar isə təbii ki, yenə də gözlərin bahalaşma xəbəri verən mərkəzi banka köklənməsinə gətirib çıxarıb.

Manatı öldürən Elman Rüstəmov xalqdan gizlənir?

Amma bir neçə saatdır ki, Mərkəzi Bankla əlaqə kəsilib. Hətta banka aid «nba.az» saytının da fəaliyyəti dayandırılıb.

Bu barədə DİA.AZ-a danışan ekspertlər iddia edir ki, çox ehtimal qərar dəyişə bilər. Buna görə də mərkəzi bank təmaslardan qaçır…

Nə deyirik… Xeyirlisi…

Geri qayıt