Əsas Səhifə > Güney Press, Şou-biznes > "Nəvəm yaşında olan oğlum da mənə "mama" deyir"
"Nəvəm yaşında olan oğlum da mənə "mama" deyir"25-02-2015, 09:01 |
DİA.AZ müğənni Nazəninin Milli.Az-a müsahibəsini təqdim edir: - Nazənin xanım, oxuduğunuz mahnılar hamısı populyar olur. Toya gedərkən heç olubmu ki, hansısa müğənninin sizin mahnınızı oxumasını görəsiz? - Bəli, yarım saatlıq toya dəvət almışdım, getdim gördüm ki, mən oxuyuram (gülür). Prodüserim deyir ki, gəlin qayıdaq, daha oxuyacağınız mahnını oxudular. Bəzən də müğənni yoldaşlarım zəng edib deyirlər ki, bezdik sənin səsindən. Hara gedirik səsin gəlir (gülür). - Gözü götürməyənləriniz çoxdur. - Onlar olmalıdır da. Onlar olmasa, təbii ki, uğurlarım olmaz. Mən bu tip insanları öz uğurlarımla məğlub edirəm. Başımı aşağı salıb işimlə məşğulam. Bir telekanalda verilişim var, hal-hazırda başım ona qarışıb. Mən heç vaxt qalmaqal ilə gündəmdə qalmamışam, yalnız məni mahnılarıma görə seviblər. Mən ildə bir mahnı oxuyuram o da populyar olur. - Nazənin xanım necə anadır, necə qayınanadır, necə nənədir? - Bunu evdəkilərdən soruşun. Mən özüm haqda nə danışım? (gülür). Özümü tərifləmək istəmirəm. - Nəvəniz sizə necə müraciət edir? - Nəvəm mənə "böyük mama" deyə müraciət edir. Nəvəm yaşında olan oğlum da mənə "mama" deyir. Nəvəm həmişə mənə ana deyib. Kimsə də deyəndə ki, o, sənin nənəndir, pis olub ağlayıb. - İmicinizdə nəsə dəyişiklik etmək istəyirsiz? - Elə bir saç rəngi yoxdur ki, mən saçlarımı o rəngdə boyamayım. Hələ ki, imicimdə dəyişiklik etmək istəmirəm. Konsertlərimlə, sənətimlə, mahnılarımla bağlı dəyişikliklərim olacaq. - Nazənin xanım şou-biznesdə kimləri bəyənir? - Ad çəkmək istəmirəm, amma çoxusunu bəyənirəm. Sağ olsunlar hörmətimi saxlayırlar. Harada məni görürlər gəlib boynuma sarılırlar. - Xatunu bəyənirsiniz? - Bəli, çox bəyənirəm. - Xatun sizi parodiya edib? - Bəli, Xatun məni parodiya edib, çox da xoşuma gəlib. Heç vaxt da inciməmişəm. - Amma Xatunun parodiyasından inciyənlər də oldu... - O, onların öz problemidir. Xatun, əslində, istədiyindən parodiya edir. Hələ parodiyaya görə heç kəsi tutmayıblar. Parodiyadan yalnız dar düşüncəli insanlar inciyə bilər. - Nazənin xanım, çox əməliyyat olunduğunuzu deyirlər. - Bu sözü mənim haqqımda deyən insanların özləri, bəlkə də, rekord həddində əməliyyat etdiriblər. Qaldı ki, mənim əməliyyatıma... Əgər ehtiyac duyaramsa, əməliyyat etdirərəm. Əgər bunu deyirlərsə, deməli, mən qat-qat gözələm ki, deyirlər. Ya da ki, mənim varlığım bu insanları narahat edir. İndiyə kimi kiməsə deməmişəm ki, niyə əməliyyat etdirirsən. Həyatım boyu da bu sözü məndən eşitməyəcəksiniz. Çünki mən aciz qadın deyiləm. Heç bir qadın özü haqqında yüksək fikirdə olmamalıdır. Qoy sənə insanlar qiymət versinlər. Bəzi insanlar danışdıqca ucalmırlar palçığa batırlar. Amma mən danışmadıqca ucalıram. Geri qayıt |