Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Narkoticarətdə ittiham olunan Astaranın icra başçısı ilə bağlı qərar gəlir

Narkoticarətdə ittiham olunan Astaranın icra başçısı ilə bağlı qərar gəlir


25-02-2015, 16:05
Narkoticarətdə ittiham olunan Astaranın icra başçısı ilə bağlı qərar gəlir
DİA.AZ: - «Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev yaxın günlərdə vəzifədən alınır. Onun yerinə isə hazırda Gədəbəy rayonuna rəhbərlik edən Ramiz Yediyarovun təyin ediləcəyi gözlənilir». Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbələr informasiya verib.

Xəbərdən belə anlaşılır ki, iki rayonun icra başçısının dəyişdirilməsi gözlənilir. Və məlumatı verən mənbə dia-az.life-a açıqlamasında onu da bildirib ki, Ramiz Yediyarovun yerinə hazırda Prezident Administrasiyasında vəzifəsi olan məmurlardan birinin təyin olunacağı gözlənilsə də, Astaranın icra başçısı postundan alınması gözlənilən Qəzənfər Ağayevin yenidən hansısa posta gətirilməsi nəzərdə tutulmayıb.

Qeyd edək ki, Qəzənfər Ağayev buna qədər Masallı rayonuna rəhbərlik edirdi və onun narkoticarətlə məşğul olduğunu iddia edən o zamankı deputat, hazırda Daşkəsən rayonuna rəhbərlik edən Əhəd Abıyev Qəzənfər Ağayevi çox sərt ittihamların hədəfinə də çevirmişdi. Və bu qovğadan zamanında qalib ayrılan Qəzənfər Ağayev yenidən icra başçısı təyin oluna bildi. Amma bu dəfə ona yenidən «yaşıl işığ»ın yandırılacağı inandırıcı görünmür…

Geri qayıt