Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Daha bir bahalaşma bumu qapıda: Martın 1-dən qiymətlər rəsmən artacaq

Daha bir bahalaşma bumu qapıda: Martın 1-dən qiymətlər rəsmən artacaq


26-02-2015, 17:09
Daha bir bahalaşma bumu qapıda: Martın 1-dən qiymətlər rəsmən artacaq
Fevralın 2-də Nazirlər Kabineti respublikaya idxal olunan spirtli içkilər, tütün məmulatları və neft məhsullarının yeni aksiz dərəcələrini təsdiq edib. NK-nın qərarına əsasən, aşağıdakı malların yeni aksiz dərəcələri təsdiq edilib:

Səməni pivəsi - 1 litr üçün 1 manat (əvvəllər $1); təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla; üzüm suslosu - 1 litr üçün 2 manat ($2,5); şampan şərabı - 1 litr üçün 2,5 manat; viski, araq, likör, rom və digər spirtli içkilər - 1 litr üçün 6 manat (əvvəllər $6 ).

- Siqaretlər və siqarillalar - 1000 ədəd üçün 4 manat; siqarlar - 1000 ədəd üçün 10 manat (əvvəllər 1000 ədəd üçün $1,8).

- Aviasiya benzinləri - 1 ton üçün 1 manat (əvvəllər $1); mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə - 1 ton üçün 200 manat (əvvəllər $250); mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya çox oktan ədədi ilə - 1 ton üçün 120 manat, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə - 1 ton üçün 80 manat (əvvəllər $100-78 manat).

- Reaktiv benzin yanacağı - 1 ton üçün 1 manat, xüsusi benzinlər: uayt-spirit - 1 ton üçün 1 manat (əvvəllər $1); təbii qaz – 1 ton üçün 1 manat; sürtkü yağları – 1 ton üçün 1 manat (əvvəllər $1); neft vazelini - 1 ton üçün 10 manat (əvvəllər $10); qazoyllar - 1 ton üçün 80 manat (əvvəllər $100 - 78 manat ); neft koksu, neft bitumu və neftin və ya neft məhsullarının emalından qalan, o cümlədən bitumlu minerallardan alınmış digər qalıqlar - 1 ton üçün 24 manat (əvvəllər $30 23 manat 37 qəpik); maye yanacaq - 1 ton üçün 1 manat; digər neft məhsulları - 1 ton üçün 50 manat.

GUNDEMİNFO.AZ qeyd edir ki, bu qərardan da göründüyü kimi, ölkədə ikinci bahalaşma dalğası başlaya bilər. Lakin bahalaşma dalğası əsasən spirtli içkilər və tütün məmulatlarına şamil olunmalıdır. Bununla belə nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin verdiyi bu qərar fevralın 2-də qəbul olunub və martın 1-dən qüvvəyə minir. Lakin artımlar fevralın 2-də olan məzənnəyə görə tətbiq olunmalıdır.

Aksiz vergilərinin tətbiqi məsələn 1000 ədəd siqaret üçün 4 manat olacaq. Bu da təxminən 4 dollara yaxındır. Müqayisə üçün deyək ki, hazırda 1000 ədəd siqaret üçün idxal üzrə aksiz vergisi 1.8 dollardır. Artım kifayət qədər böyükdür. Azı 2.5 dəfə. Deməli martın -1dən sonra qiymət artımı bir az da sürətlənəcək.

Bununla belə ölkəyə benzin idxalında da qiymət artımları müşahidə edilə bilər. NK-nın martın 1-də qüvvəyə minəcək qərarında benzin idxalına tətbiq edilən aksizlərlə bağlı da məqamlar öz əksini tapır.

Geri qayıt