Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Hakimiyyətdən oliqarx-məmurlara şok gömrük zərbəsi - İnhisarçılıq qaldırılır
Hakimiyyətdən oliqarx-məmurlara şok gömrük zərbəsi - İnhisarçılıq qaldırılır2-03-2015, 13:13 |
DİA.AZ: - Məlum olduğu kimi, rəsmi Bakı neftin qiymətinin kəskin ucuzlaşması səbəbindən yaranmış situasiyanın gərginliyinin aradan qaldırılması üçün ciddi tədbirlər planı həyata keçirməkdədir. Təbii ki, belə bir şəraitdə bazarlarda məlum silkələnmələr olmalıdır və olacaq da. Amma burada əsas diqqətçəkən bir məqam da var ki, hökumət birbaşa olaraq vətəndaşların maraqlarını nəzərə aldığını gizlətmir. Və son günlər dolların bahalaşması fonunda müşahidə olunan qiymət artımı prosesinin durdurulması da məhz qeyd etdiyimiz məqamı təsdiqləməkdədir. Artıq siqaretin və bahalaşan digər malların əvvəlki qiymətə müştəriyə təqdim olunması hökumətin müdaxiləsinin nəticəsi kimi qəbul olunmalıdır. Elə keçən həftə Dövlət Gömrük Komitəsində baş tutan toplantı da bununla bağlı idi. DİA.AZ-a verilən informasiyalardan aydın olub ki, artıq DGK mühüm bir qərara imza atıb. Söhbət idxal olunan mallardakı qeyri-rəsmi inhisarçılıqdan gedir. Xəbəri verən qaynaq bildirir ki, inhisarçılığın aradan qaldırıldığını diqqətə çatdıran DGK rəhbərliyinin bu addımı birbaşa olaraq oliqarx-məmurlara zərbə kimi qəbul olunmalıdır. Mənbənin dia-az.life-a söylədikləri: «Əslində bununla rəsmi Bakı «varlılardan alıb, kasıblara paylamış olur… Yəni «Robinqud» siyasəti… Dünənə qədər məhz qeyri-rəsmi inhisarçılıqları hesabına oliqarx-məmurlar idxalda öz nəzarət zonalarını qurmuşdular. İndi isə bu zonalar, sərhədlər qaldırılır. Və bu da həm qiymətlərin ucuzlaşmasına və həm də vətəndaşın sosial rifahının yüksəlməsinə şərait yaradacaq». Geri qayıt |