Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Keçmiş nazirin şirkətinə qarşı yeni ittihamlar seriyası
Keçmiş nazirin şirkətinə qarşı yeni ittihamlar seriyası2-03-2015, 14:37 |
Bu yaxınlarda qafqaznews.org saytında “İmprotex Motors oğurluq avtomobillərin satışı ilə məşğul olur?” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə vəkil İlham Məmmədovun redaksiyamıza müraciətindən bəhs edirdi: “ Mənim adını hələ ki, demək istəməyən müştərim dələduzların qurbanı olub. 12 aprel 2013-cü ildə mənim müştərim Ayna Sultanovanın heykəli yaxınlığında yerləşən avtosalona gedir və orada satışa qoyulmuş BMW markalı avtomobil onun xoşuna gəlir. O, abtomobili almaq üçün avtosalonun sahibi İslama müraciət edir. İslam isə bildirir ki, bu avtomobil Qobustan RİH-nin başçısı Adil Məmmədovun oğlu Aqil Məmmədova məxsusdur. Və İslamın vasitəçiliyi ilə mənim müştərim Aqillə görüşüb. Aqil bildirib ki, avtomobili 60 min manata satır və bu qiymət mənim müştərimə sərf edib. Razılaşmadan sonra mənim müştərim alqı-satqıdan öncə BMW-nin Azərbaycanda rəsmi dileri olan Improtex Motors şirkətində texniki baxışdan keçməyi təklif edir. Və Aqil Məmmədov razılaşır”. Vəkilin bizə bildirdiyinə görə, texniki baxışdan sonra Improtex Motors şirkətinin növbə rəisi Həsən Ağaverdiyevin mənim müştərimə təqdim elədiyi aktda avtomobilin biraz texniki nasaz olduğu göstərilib ki, onu da şirkətdə asanlıqla aradan qaldırmaq olar. Vəkilin dediyinə görə, alqı-satqıdan sonra abtomobilin yeni sahibi tanış avtomobil ustasına müraciət edir: “ Avtomobilə baxışdan sonra usta bildirib ki, alınan avtomobil oğurluqdur. Avtomobilin kodu saxtalaşdırılıb. Bundan başqa avtomobilin siqnalizasiya sistemi sındırılıb. Bu sistem şirkətə imkan verir ki, oğurlanmış avtomobili harda olsa da yerini müəyyən eləsin. Bundan sonra mənim müştərim Improtex Motors şirkətinə gedərək yoxlamanı keçirmiş ustadan izahat tələb edir. Usta mənim müştərimə bildirib ki, mən yoxlama vaxtı bu nasazlığı gördüm və bu barədə növbə rəisi Həsən Ağaverdiyevə məlumat verdim”. Məmmədovun bizə dediklərinə görə, Həsən Ağaverdiyev ustanın dediklərini təsdiq edib: “Ancaq Ağaverdiyev ustanın dediklərini nəzərə almayıb”. Vəkil onu da bildirib ki, mənim təkidli tələblərimə görə, 1 il sonra 5 aprel 2014-cü il tarixdə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi açıldı və iş Həbib Həbibliyə tapşırıldı. Bizimlə söhbətində Həbib Həbibli cinayət işinin açıldığını təsdiq elədi. Avtomobilin keçmiş sahibi, Qobustan RİH başçısının oğlu Aqil Məmmədov müxbirimizlə söhbətində bildirib ki, mən bu avtomobili Improtex Motors-un rəsmi dileri Ülvi Nəsibovdan almışam. Improtex Motors şirkəti oğurluq avtomobili Aqil Məmmədova hansı yolla sata bilərdi? Bu suala şirkətin satış üsrə meneceri Namiq Manafov belə cavab verdi: “ Bizim şirkət müştəriyə oğurluq maşın sata bilməz. Ülvi Nəsibovun rəhbərlik elədiyi avtosalonda müştərilərə başqa şəxslərə məxsus istifadə olunmuş avtomobil satılıb. Ülvi hazırda bizim şirkəıtdə işləmir. Və Aqil Məmmədovun aldığı avtomobilin bizim şirkətə dəxli yoxdur”. Satış üzrə menecer onu da qeyd elədi ki, abtomobili satış üçün salona qoymazdan öncə Ülvi Nəsibov bütün sənədləri yoxlamalı idi. Ülvi Nəsibov isə qafqaznews.org-a bildirib ki, Aqil Məmmədovun aldığı avtomobilin bütün sənədləri qaydasında idi: “ Avtomobili satış üçün salona qoyanda texpasport və yol polisində qeydiyyatla bağlı sənəd tələb olunur. Bu sənədlər var idi. Bundan başqa Aqil Məmmədov avtomobili alandan sonra Improtex Motors şirkətinin servisinə müraciət elədi və yoxlamadan keçdi. Niyə hansısa ciddi nasazlıq ortaya çıxmadı?”. Deməli, Ülvi Nəsibovun, Aqil Məmmədovun və müştərinin dediklərindən belə çıxır ki, mübahisəli avtomobil 2 dəfə şirkətdə yoxlamadan keçib və avtomobilin kodunun saxtalaşdırılması, sistemin dağılması aşkar olunmayıb..? Improtex Motors şirkətinin servis rəhbəri Ramil isə ( soyadını demədi ) müxbirimizə bildirib ki, Aqil Məmmədovun aldığı və sonradan satdığı avtomobil oğurluq deyil: “ İlham Məmmədovun müştərisi maşının oğurluq olması ilə bağlı Bakı Şəhər Polis idarəsinə müraciət eləsə də…məlumat təsdiqini tapmayıb”. Müxbirimizin “Axı, BŞPİ-nin müstəntiqi bizə avtomobilin oğurluq olduğunbu bildirdu” fikrinə Ramil heç bir cavab vermədi. Müxbirimizin “Həmin avtomobil 2 dəfə sizin servisdə texniki yoxlamadan keçsə də niyə avtomobilin kodunun saxtalaşdırılması və sistemin sıradan çıxması aşkar olmayıb?” sualına Ramil “Sizin sualınıza cavab vermək istəmirəm” deyərək dəstəyi asdı. Tanınmış hüquq müdafiəçisi Tağı Hüseynov baş verənləri belə şərh elədi: “ Əgər Improtex Motoskachanny-e-fajly-4rs-un servisində abtomobil 2 dəfə texniki baxışdan keçirsə və sinalizasiya siteminin sıradan çıxması, kodun saxtalaşdırılması aşkar olmursa…deməli dələduzluq məsələsi var, loru dildə desək atıblar, özü də 2 dəfə”. Bəs, avtomobil oğruları necə dövlət nömrəsi alıblar, avtomobili sənədləşdiriblər? Bu sualı DİN-nin mətbuat xidmətinin rəisi Orxan Mansurzadəyə ünvanladıq. O, isə bildirdi ki, sualı Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevə ünvanlayın. Ancaq dəfələrlə cəhd eləsək də BDYPİ ilə əlaqə yarada bilmədik. Geri qayıt |