Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Şamaxıda icra başçısının qərarı bir kəndi ayağa qaldırdı

Şamaxıda icra başçısının qərarı bir kəndi ayağa qaldırdı


4-03-2015, 14:46
Şamaxıda icra başçısının qərarı bir kəndi ayağa qaldırdı
DİA.AZ: - Şamaxıda vəziyyət qarışıb. Bu barədə DİA.AZ-a raypn sakinləri adından göndərilən məlumatda deyilir.

Xəbərdə bildirilir:

“Bu gün saat 11-30 radələrində 200 nəfərə yaxın Göylər kənd sakini Şamaxı rayon icra hakimiyyəti binası qarşısında toplaşaraq Göylər kənd icra nümayəndəsi İxtiyar Xəlilovun rayon icra hakimiyyəti başçısı tərəfindən vəzifədən alınmasına etiraz etmişlər.

Etirazçılarla görüşən rayon icra hakimiyyəti başçısının müavinləri onlara məsələnin öz müsbət həllini tapacağına söz verdikdən sonra insanlar ərazidən dağılmışlar.

Qeyd edək ki, bu günlərdə Şamaxı RİHB-sı Asif Ağayev müavini Qasım Qasımovun təkidli tələbi ilə Göylər kənd icra nümayəndəsinin vəzifədən alınması istiqamətində işlərə start verilmişdir. Şamaxı RİHB Asif Ağayev həmişəki kimi 1-ci müavinin sözündən çıxmayaraq heç bir günahı olmayan Xəlilovun intiriqalar hesabına vəzifədən götrülməsi üçün müvafiq addımlar atıb( məzuniyyətdə olan Xəlilov başçının müvafiq sərəncamına əsasən məzuniyyətdən geri çağırılaraq onun ərizəsini məcburi qaydada tələbi)”.

Daha sonra dia-az.life-a daxil olan məlumatda deyilir: “Hazırda rayonda vəziyyət gərgin olaraq qalır. Rayon de fakto idarə olunmur. Ölkə rəhbərliyindən bütün bu kimi hallara son qoyulmasını və rayonu intiriqalar alətinə çevirmiş Qasımovun vəzifədən alınması üçün sakinlərə köməklik etməsini xahiş edirik”.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt