Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “AAAF İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərov özünü hansı nazirin yaxın qohumu kimi təqdim edirmiş...
“AAAF İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərov özünü hansı nazirin yaxın qohumu kimi təqdim edirmiş...4-03-2015, 15:24 |
DİA.AZ: - Adı kifayət qədər qalmaqallarda hallandırılan “AAAF İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərov indi də fövqəladə hallar naziri Kəmaləddin Heydərovu hədəfə çevrimək fikrinə düşüb. Hər halda DİA.AZ-a daxil olan informasiyalaedab anlaşılanı budur. “Xeyli əvəlindən problem yaşamaqda olan “AAAF İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərov mətbuatın böyük bir hissəsini susdurmağa müvəffəq olduğundan bu gün onunla bağlı faktları ictimailəşdirən media quruluşlarının da sayı azalıb” – deyə söhbətinə başlayan mənbə DİA.AZ-a açıqlamasında bildirir ki, Tofiq Heydərov zaman-zaman FHN rəhbərinin çətiri altında gizlənməyə çalışıb və hətta burada məqsədli də olub: “Özünü nazirə qohum kimi təqdim edən, amma tamamən əks düşərgədə olan Tofiq Heydərov bununla özünə əməlli-naşlı problem yaradıb”. Qeyd edək ki, “AAAF İnşaat” MMC-nin adı onsuz da son zamanlar müxtəlif qalmaqallarda hallanır. Bir neçə ay əvvəl vəhabilərlə əlaqəli olduğu şübhəli bilinən «Sevil» Masssivinin rəhbərliyi həbs olunduqdan sonra, Vergilər Nazirliyi və Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları “AAAF İnşaat” MMC-də yoxlamalar apardığı və hətta “AAAF İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərovun həbs olunması haqqında məlumat yerli mətbuatda dərc olunmuşdu. Bundan sonra Tofiq Heydərov haqqında olan həbs olunma iddasını yalanlasa da, onun radikal dini şəbəkələrlə əlaqəli olması haqqında mətbuatda ciddi iddialar səsləndirimişdi. İddalarda göstərilirdi ki, “AAAF park istirahət və yaşayışkompleksi”nin ərazisində radikal dini təriqətlərin təbliğat mərkəzləri fəaliyyət göstərir. İndi isə DİA.AZ-a danışan mənbə iddia edir ki, Kəmaləddin Heydərova qohum olduğunu deyən “AAAF İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərov əslində bu yolla özünə növbəti başğarı qaynağı fornalaşdırıb: “O, bu yolla bəzi qrupların hədəfi olmaqdan yayınıb. Amma indi məsələ böyüyüb. Cavab vermək zamanıdır”... Geri qayıt |