Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Şahin Mustafayev Novruz tətilindən hələ qayıtmayıb?
Şahin Mustafayev Novruz tətilindən hələ qayıtmayıb?1-04-2015, 14:59 |
İqtisadiyaat və Sənaye Nazirliyinin Antinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti uzun zamandır ki, ölkə ərazisində süni qiymət artımları ilə bağlı reydlər, monitorinqlər aparır. Manatın devalvasiyasından sonra ölkə ərazisində süni qiymət artımlarına başlayan bir sıra marketlərdə və satış mərkəzlərində aparılan monitorinqlərin nəticələri barədə mətbuata mütəmadi olaraq açıqlamalar verilirdi. Novruz bayramı ilə bağlı tətildən sonra isə reydlərlə bağlı informasiylara demək olar ki, rast gəlinmir. Və elə görünür bu səbəbdən də ölkə ərazisində nəinki kiçik, iri satış və xidmət şəbəkəsi olan sahibkarlar da qiymətləri artırmağa macal tapıblar. GUNDEMİNFO.AZ-a daxil olan informasiyaya əsasən qiymət artımları ilə bağlı daha çox fərq hiss olunan məkanlardan biri də «Böyükfırat» satış mərkəzləridir. «Böyükfrat» restoranlar şəbəkəsində qiymət artımları ilə bağlı olaraq vətəndaşların son günlər çoxsaylı şikayətlər daxil olmaqdadır. Bu restoranlarda satılan Dönər və Lahmacunların qiyməti 1.60 manatdan 2.20 manata qədər bahalaşıb. Narazı vətəndaşlar bildirir ki, Bakı şəhərində etibarlı və təmiz xidmətinə görə daimi müştərisi olduqları «Böyükfırat» restoranlarında qiymət artımları ilə bağlı heç bir açıqlama vermirlər. Restoranın adminstrasiyasından qiymət artımlarını manatın ucuzlaşması ilə bağlayırlar. Lakin əməkdaşlarımızın apardıqları araşdırmalar zamanı bəlli olub ki, əslində bu restoranlarda vətəndaşlar üçün bişirilən məhsulların, xüsusilə də Dövnər və Lahmacunlar üçün istifadə edilən çörək, ət, yağın qiyməti bahalaşmayıb. Gundeminfo.az-ın əməkdaşlarımının apardıqları araşdırmalar zamanı bəlli olub ki, «Böyükfırat» restoranlar şəbəkəsinin İsmayıllı rayonunda özünəməxsus qoyun və toyuq fermaları fəaliyyət göstərir. Ət, süd və yağ məhsullarını bu restoranlar üçün formalaşdırılmır həmin fermalardan gətirirlər. Və məntiqlə ölkəyə idxal edilməyən məhsulların qiymətinin «Böyükfırat»da artırılmasına xüsusi lüzum yoxdur. «Böyükfırat»da qiymət artımlarının tək səbəbi yaranmış vəziyyətdən sui-istifadə kimi dəyərləndirən Bakı sakinlər bununla bağlı əlaqədar qurumların tədbir görmələrini istəyir. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. ƏVVƏLKİ MENYU Geri qayıt |