Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Zakir Fərəcovdan atçılıq təsərrüfatına zərbə

Zakir Fərəcovdan atçılıq təsərrüfatına zərbə


4-04-2015, 15:06
Zakir Fərəcovdan atçılıq təsərrüfatına zərbə
Abşeron Rayonu Masazır qəsəbəsindən GUNDEMİNFO.AZ olduqca ilginc informasiya daxil olub. Masazır sakinləri iddia edirlər ki, kənddə yerləşən Atçılıq Savxozu sürətlə məhv edilir. Uzun illər burada cins atların saxlanıldığı, savxozda xeyli in sanların işləməsinə baxmayaraq Abşeron Rayon İcra Hakimiyyəti balansında olmayan savxozun ərazilərini sot-sot rəsmiləşdirərək xəlvətcə satmağa başlayıb. Sakinlər deyir ki, hazırda sovxozun ərazisinin böyük bir hissəsi yaşayış evlərinin inşası və iri obyektlər üçün satılıb. Bu prossesə hətta Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev belə müdaxilə edə bilməyib. Məlumatlara əsasən bununla bağlı olaraq vətəndaşlar artıq narahat olmağa başlayıblar. Kənd sakinləri deyir ki, sovxozun ərazisi bir neçə il əvvəl ABEŞ yaşayış massivinin inşası ilə əlaqədar məmurlara satılıb.

Deyilənlərə görə General Akim Abbasov adına olan bu yaşayış massivinin inşasını sabiq baş komissar Əliağa Hüseynov həyata keçirib. Ə.Hüseynovun isə Abşeronun icra başçısı Zakir Fərəcovla uzaq qohumluq əlaqələrinin olduğu söylənilir. Məlumatlara əsasən ABEŞ yaşayış massivinin ərazisinin bir qismi də Atçılıq Sovxozunun ərazisinə düşürmüş. Bununla bağlı olaraq keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində və Reyestr Xidmətində ciddi problemlər yaşanıb. Məlumatlara əsasən Zakir Fərəcov Masazırda yerləşən Atçılıq Sovxozunun ərazilərini xəlvəti qarış-qarış satmaqdaykən vətəndaşlar arasında digər bir narazılığın da yaşanmasına nədən olub. Sakinlər deyir ki, özlərini icra başçısının bacısı uşaqları kimi təqdi edən şəxslər indii boş ərazilərdə Atçılıq Sovxozunda yerləşən qoyun fermaları inşa etməyə başlayıblar. Yaşayış evlərinin sıx olduğu boş ərazilərdə üfunət iyi bu insanların həyatını xeyli ağırlaşdırıb. Və hətta məlumatlara görə özlərini Zakir Fərəcovun bacısı uşaqları kimi təqdim edən şəxslərin evlərin arasında inşa etdikləri qoyun fermaları vətəndaşlar tərəfindən bir neçə dəfə sökülüb. Problemlə bağlı olaraq bələdiyyə sədri Siyanfər Əliyevə şikayət edən vətəndaşlar «biz heç nə edə bilmərik, gücümüz çatmır» cavabı alıblar.

Qeyd edək ki, Zakir Fərəcov Azərbaycanda iri qoyun sürüləri olan icra başçısı kimi tanınıb. Bildirilir ki, icra başçısı yaşayış evləri arasında tiktirdiyi qoyun fermalarında sürülərini qışlaq yeri kimi istifadə etməyi planlayır. Bu mövzu ilə bağlı bütün tərəflərin mövqeyini dinləməyə hazırıq.

Geri qayıt