Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Zakir Fərəcovun fəaliyyətinin ikinci dəfə təftiş olunma qərarı verilib
Zakir Fərəcovun fəaliyyətinin ikinci dəfə təftiş olunma qərarı verilib7-04-2015, 15:03 |
DİA.AZ: - Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun vəzifəsindən alınması an məsələsidir. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbələr informasiya verib.xəbəri verən qaynağın iddialarına görə, hələ keçən ilin yekunları ilə bağlı rayon icra hakimiyyəti adından verilən maliyyə hesabatındakı ciddi qanun pozuntularını gərəkincə ört-basdır etməyə müvəffəq olmayan Zakir Fərəcov eyni zamanda «yuxarıda» da ciddi dairələrin qəzəbinə tuş gəlib. Buna görə də, Fərəcovun verdiyi maliyyə hesabatının yenidən ciddi şəkildə təftiş olunması qərarı verilib və bu məqsədlə həm Hesablama Palatasının və həm də Maliyyə nazirliyinin müfəttişlərinə müvafiq tapşırıqlar verilib. Mənbə dia-az.life-a açıqlamasında bildirir ki, ilk dəfədir belə bir hadisə baş verir: «Yəni bir icra hakimiyyəti ikinci dəfə yoxlanılır. Bu həm də o deməkdir ki, Zakir Fərəcov məlum məngənədən təkcə vəzifəsini itirməklə çıxmayacaq, həm də ona qarşı hüquqi tədbirlərin görülməsi də gözləniləndir». Bütün bu iddialarla bağlı qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq. Bizi izləməkdə davam edin, əlavə bilgilərimiz olacaq… Geri qayıt |