Əsas Səhifə > Güney Press, Şou-biznes > Elariz oğlunu evləndirmək istəyir
Elariz oğlunu evləndirmək istəyir11-04-2015, 12:31 |
Müğənni Elariz Məmmədoğlu oğlu Məmmədi evləndirmək istəyir. Axşam.az-ın məlumatına görə, bu haqda sənətçi “Star life” verilişinə açıqlamasında xəbər verib: “Oğlum subaydır. Evləndirmək istəyirik. Ailə quracağı xanımı isə mənimlə anasının öhdəsinə buraxıb. Bizim boynumuza atıb ki, kimi istəyirsiniz tapın. Özü oxumaqla məşğuldur. Yaxşı hüquqşünas olmaq istəyir. Birinci növbədə elmdir. Qohum evliliyinə yaxşı baxmıram. Xalaqızı, dayıqızı bacı hesab edilir. Ona görə də qan qohumluğu olan qızı oğluma almaq istəmirəm”. Qeyd edək ki, E.Məmmədoğlunun iki qızı ailəlidir. İfaçı bu yaxınlarda üçüncü dəfə baba olub. Geri qayıt |