Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İlham Əliyev Azərbaycanın ən güclü lideri kimi önə çıxır

İlham Əliyev Azərbaycanın ən güclü lideri kimi önə çıxır


25-04-2015, 16:34
İlham Əliyev Azərbaycanın ən güclü lideri kimi önə çıxır
DİA.AZ: - 2001-ci ildən bəri Azərbaycanda müxtəlif səpgili sorğular keçirməsilə və araşdırma materialları diqqətə gələn «Söz» Analitik Araşdırma Bürosu (SAAB) özünün yeni məlumatını yayıb.

Belə ki, qurumdan DİA.AZ-a ötürülən informasiyadan aydın olur ki, Azərbaycanın 4 iri şəhərində - Bakıda, Gəncədə, Sumqayıtda və Mingəçevirdə 5000-ə yaxın (4896) respondent arasında keçirilən rəy sorğusunda əsasən iki suala cavab aranıb.

Məlumatda qeyd olunur ki, rəyi soruşulanların böyük əksəriyyəti - 98 faizi «Sizcə Azərbaycanın ən güclü siyasi lideri kimdir» sualına qəti olaraq «Prezident İlham Əliyev» cavabını verib.

SAAB-ın məlumatında bildirilir ki, rəyi soruşulanların və İlham Əliyevi güclü lider hesab edənlərin böyük əksəriyyəti «əlavə qeyd» bölümündə əsasən aşağıdakı keyfiyyətlər səbəbindən bu qənaətə gəldiklərini bəyan ediblər:

«İlham Əliyev bir dövlət başçısı, bir siyasət adamı kimi təkcə Azərbaycanda yox, həm də beynəlxalq arenada, xarici siyasətdə güclü bir fiqur kimi qabarmağa müvəffəq olub. İlham Əliyev şəxsiyyətində özünə inam, qətiyyət, güclü iradə, yorulmazlıq və mili kimlikdən doğan ənənələrə sədaqət prioritet keyfiyyət kimi diqqətləri cəlb edir».

Qurumdan verilən məlumatda həmçinin o da qeyd olunur ki, respondentlərin rəylərində xalqın prezident İlham Əliyevə inamı da xüsusi şərt kimi qeyd olunub və ən mühüm problemimiz kimi qəbul edilən Ermənistan-Azərbaycan münaqişəsinin dövlət maraqlarımız çərçivəsində həllində də İlham Əliyevin davamlı, sistemli siyasəti təqdir olunub.

Rəyi soruşulanlar həmçinin ikinci sual olaraq - «Azərbaycan üçün 1-ci Bakı Avropa Oyunları əhəmiyyətlidirmi» mövzusunda da demək olar ki, yekdillik nümayiş etdiriblər. SAAB-ın dia-az.life-a verdiyi materialdan aydın olur ki, əksəriyyət bu mötəbər tədbirin Azərbaycanın beynəlxalq aləmdə stabil ölkə kimi tanınmasında mühüm rol oynadığına inanmaqla yanaşı, həmçinin Azərbaycanın adının qüdrətli dövlətlərlə eyni sırada çəkilməsində də vasitə olduğuna əmindirlər.

Onu da bildirək ki, SAAB-ın sorğusu ilə əlaqədar daha geniş materialı gələn həftə diqqətinizə təqdim edəcəyik. Bizi izləyin…


Geri qayıt