Əsas Səhifə > Güney Press, Araşdırma > “Atəşgah” şirkəti öz müştərisinə nədən sığortanı ödəmək istəmir...

“Atəşgah” şirkəti öz müştərisinə nədən sığortanı ödəmək istəmir...


27-04-2015, 15:40
“Atəşgah” şirkəti öz müştərisinə nədən sığortanı ödəmək istəmir...
Bakı şəhər sakini Qoca Qocayev Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) müraciət edib.

Qocayevin sözlərinə görə, 2014-cü ilin may ayında 2013-cü il buraxılışlı, BMW X-6 markalı, 99-HB-999 dövlət nömrə nişanlı avtomobil alıb: “Avtomobil “Atəşgah” sığorta şirkətində sığortalanıb. 5 gün sonra, yəni 03 iyun 2014-cü il tarixdə Heydər Əliyev prospektində mənim avtomobilim Chevrolet markalı avtomobillə toqquşdu. Nəticədə mənim avtomobilimin 2 qapısı və 2 “krılo”su sıradan çıxdı. Və yol-nəqliyyat hadisəsi nəticəsində mənə 28.000 manat ziyan dəydi”.
Zərərçəkənin dediyinə görə, hadisə barədə sığorta şirkətinə məlumat verib: ““Atəşgah”ın əməkdaşları hadisə yerinə gələrək zəruri araşdırmalar apardılar, vacib sənədləri doldurdular. Mən də lazım olan sənədləri şirkətin nümayəndələrinə təqdim elədim. Ancaq 19 iyun 2014-cü il tarixdə aldığım məktubda qeyd olunub ki, BMW X-6 markalı, 99-HB-999 dövlət nömrə nişanlı avtomobil əvvəlki sahibinə məxsusdur. Buna görə, “Atəşgah” şirkəti mövcud qanunları pozaraq mənə sığorta haqqı ödəmədi”.
25 aprel tarixdə Qocayev yenidən Qafqaz Xəbər Agentliyi (qafqaznews.org) ilə əlaqə saxlayaraq bildirib ki, mən avtomobilimi satmaq qərarına gəldim: “ Buna görə, “Atəşgah”a müraciət elədim ki, mənimlə bağlanan sığorta müqaviləsini avtomobilin keçmiş sahibinin adına qeyd eləsinlər. Və məlum oldu ki, mənimlə bağlanan müqavilə ümumiyyətlə yoxdur. Buna görə, şitkətə etirazımı bildirdim”.
Şikayətçinin sözlərinə görə, alqı-satqı müqaviləsinə əsasən avtomobil onun adına keçirilib: “ Bəs, mənim razılığım olmadan sığorta müqaviləsi necə ləğv oluna bilər ? ”.
Baş verənləri Qafqaz Hüquq Mərkəzinin baş direktoru Samir İsmayılov belə şərh elədi: “ Şığorta şirkəti hansı əsasla Qoca Qocayevin adına yenilənmiş müqaviləni ləğv edə bilər? Qocayevlə “Atəşgah” arasında bağlanmış müqaviləyə görə, BMW X-6 markalı, 99-HB-999 dövlət nömrə nişanlı avtomobil 18 iyun 2014-cü ildə Qocayevin adına keçirilib. Müqavilədə göstərilib ki, müqavilə 11 dekabr 2013-cü ildən 11 dekabr 2016-cı ilədək qüvvədədir”.
Vəkilin Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) dediklərinə görə, “Atəşgah”ın nümayəndələri bildirir ki, müqavilənin yenilənməsi möcüzəli səhv nəticəsində baş verib: “ Ancaq bu mənim müştərimin günahı səbəbindən baş verməyib”.
“Peşəkar Hüquqşünaslar” birliyinin sədri Tağı Hüsenov isə Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki, “Atəşgah” şirkəti sadəcə sığorta haqqını vermək istəmir: “ Ona görə də bu cür metodlardan istifadə edir”.
Biz “Atəşgah” sığorta şirkətinin fikrini öyrənmək istəsək də mümkün olmadı.

Geri qayıt