Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Azəriqaz” işdən qovduğu əməkdaşını nədən vəzifəsinə bərpa etmək istəmir

“Azəriqaz” işdən qovduğu əməkdaşını nədən vəzifəsinə bərpa etmək istəmir


28-04-2015, 15:03
“Azəriqaz” işdən qovduğu əməkdaşını nədən vəzifəsinə bərpa etmək istəmir
DİA.AZ: - Redaksiyamıza müraciət edən Bakı şəhər sakini Allahverdi Əlisoyun narazılığı həm “Azəriqaz”ın rəhbər şəxslərinin və həm də bəzi hüquq-mühafizə orqanı əməkdaşlarının özbaşınalıqlarındandır. DİA.AZ-a yazan narazı vətəndaş bildirir:

“Azəriqaz İstehsalat Birliyi nə dovlətimizi sayir nədəki ölkənin qanunlarını. Əgər saysaydı, Bakı Apellyasiya məhkəməsinin qanuni qüvvəyə minmiş 2 ( 103 ) - 5927\2014 sayli 28.11.2014 çi il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini içra edərdi.

Əvvəllər qızımı boş qalmış Təbii qazın qəbulu və satışı şöbəsində 8-ci dərəcəli texnik vəzifəsinə gotürmürdülər ki, ali təhsili yoxdur. Ançaq 5-ci dərəcəli yerli telefon rabitəsinin telefonçusu yerinə qabul edirdilər. Sonradan onlara izah etdim ki, siz səhf buyurursunuz, bütün sahələr ücün ümumi olan qulluqçu vəzifələrinin Tarif - İxtisas Sorqu Kitabcasi ( VTİSK ) Azərbayçan Respublikasinin Əmək Məçəlləsinin 57 çi və 156 çi maddələrinin 2 çi hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.

Burada da göstərilir ki, Texnik vəzifəsində işləmək ücün orta tekniki təhsil lazımdır. Dərəcə diapozanları isə 4 - 8-dir. İndi artıq Azəriqaz başqa hava çalmağa başlayaraq bildirir ki, həmin yerə əmrin verilməsinə İnsan Resursları Departamenti baxır, daha anlamır ki birincisi məhkəmə qaydasında işə bərpa olunanlar, artıq İnsan resurslarına gondərilmədən işə qəbul olunmalıdır. İkincisi dəki əvvəl sizin borcunuz məhkəmənin qətnaməsini içra etməkdir, ondan sonra qeyri-məsələlərə baxılmalıdır,

Bakı Apelyasiya məhkəməsinin hakimi cox hörmətli Məmmədov Məmməd Allahverdi oğlu qətnamənin içra olunması ücün Ədliyyə Nazirliyi Suraxanı rayon şöbəsinə İcra vərəqəsi göndərdi. Suraxanı rayon içra şöbəsinin Böyük İcra məmuru Rauf Hüseynov “Azəriqaz”a işin konüllü içra olunması ücün 10 gün vaxt verdi. Buna baxmayaraq “Azəriqaz” işi icra etməkdən imtina etdi”.

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt