Əsas Səhifə > Güney Press, Reklam > "Azercell" istedadlı tələbələrə dəstək olmaqda davam edir
"Azercell" istedadlı tələbələrə dəstək olmaqda davam edir4-05-2015, 16:04 |
Azərbaycanın mobil rabitə bazarının lider şirkəti "Azercell" 30 aprel-1 may tarixlərində Azərbaycan Texniki Universitetində və eləcə də Xəzər Universitetində keçirilən karyera yarmarkasında iştirak edib. 1000 nəfərdən çox tələbənin iştirak etdiyi yarmarkada tələbə və məzunlar mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, həmçinin, işəgötürənlər potensial kadrların seçimini aparmaq imkanı qazanıblar. Tələbə və məzunlar üçün hər il ölkəmizdə keçirilən əmək yarmakalarında və sərgilərdə fəal iştirak edən "Azercell" bu dəfə də ənənəsinə sadiq qalıb. Tədbirdə Azercell-in ayrıca stendi nümayiş etdirilib. Şirkətin nümayəndələri Azercell-də işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları təşkil ediblər. Yarmarka iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, bu şirkətdə karyera qurmaq istəyində olan gənclərə məsləhətlər verilib və onların müraciətləri üçün xüsusi elektron ünvan yaradılıb. Universitet məzunlarına "Azercell"də vakant yerlər haqqında da məlumat verilib. Qeyd edək ki, "Azercell Telekom" daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq "Azercell"in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, "Azercell"in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz "Azercell"dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Eyni zamanda "Azercell"in həyata keçirildiyi sosial layihələrin böyük bir qismi də təhsillə bağlıdır. Həmçinin, "Azercell" aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Məhz "Azercell"in təşəbbüsü və dəstəyi ilə Qafqaz Universitetində ilk dəfə olaraq 4G laboratoriyası quraşdırılıb. "Azercell" şirkəti bundan sonra da istedadlı gənclərin uğurlu karyera qurması üçün öz dəstəyini göstərməkdə davam edəcək. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz. Geri qayıt |