Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İbrahimovların "sonuncu qalası" da yıxılmaq üzərədir...
İbrahimovların "sonuncu qalası" da yıxılmaq üzərədir...14-05-2015, 14:14 |
Uzun müddət «Xəzər İsleand» layihəsini həyata keçirən iş adamı Hacı İbrahim Nehrəmli ilə bağlı olaraq mətbuatda ən müxtəlif versiyalar irəli sürülüb. Lakin Hacı İbrahimin adı adətən qardaşı diaspora üzrə dövlət komitəsinin sədri Nazim İbrahimovla birlikdə çəkilib. Hacı İbrahimə qardaşı ilə bağlı sual veriləndə isə cavabı belə olub ki, o Nazim İbrahimovdan çox məşhurdur və qardaşına görə tanınmır. Lakin heç kəsə sir rdey il ki, hökumət komandasında olan sıravi məmur belə qardaşına, yaxın ailə üzvlərinə görə cavab verməli olur. Hətta işini itirir. Məsələn bu günlərdə Zərdabın icra başçısının birinci müavini Allahverdi Səfərov oğlunun xırda xuliqanlığına görə, işini itirdi. Bundan öncə də xeyli məmur övladlarının və yaxın ailə üzvlərinin harınlığına görə cəzalandırıldı, işlərini itirdilər. Və bu gün analoji olaraq böyük məbləğdə maliyyə maxinasiyalarında ittiham edilən Hacı İbrahim Nehrəmliyə görə Nazim İbrahimovun hökumət komandasından atılmayacağına heç kimsə zəmanət verə bilməz. N.İbrahimovun adı uzun illər işini yaxşı icra edə bilmədiyinə görə, xaricdəki səfirliklərlə əməkdaşlığı yüksək səviyyədə qura bilmədiyinə görə, hətta dövlət başçısının dilindən tənqid edilib. Azərbaycanın xarici ölkələrdəki diaspora qurumları da zaman-zaman Nazim İbrahimovun fəaliyyətindən şikayətçi düşüblər. Diaspora təşkilatları ilə bağlı işin təşkil edilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin ünvanı üzrə istifadə edilməməsi məsələləri də müzakirə peredmetinə çevrilib. Və məsələ burasındadır ki, hətta ortaya sənədlər, sübutlar da qoyulub. GUNDEMİNFO.AZ xatırladır ki, bir zamanlar İbrahimovlar ailəsinin daha bir nifuzlu siamsı olan Tağı İbrahimov da ATV rəhbərliyindən uzaqlaşdırıldıqda, Nazim İbrahimovun da «vurulacağı» mövzusu ortada idi. Azərbaycanın bu günlərdə mühim bir beynəlxalq yarışmaya - Bakı Avropa Olimpiya Oyunlarına ev sahibliyi etdiyi ərəfədə Diasporv üzrə Dövlət Komitəsinin kiçik bir sloqanı da ortada yoxdur. Bu yarışmanın Azərbaycanda keçirilməsinin təbliğ edilməsinə dair dünyanın hansısa ölkəsində hansısa mühim bir iş görüldüyünə dair kiçicik bir fakt belə ortada deyil. Sanki bütün dünyanın gözləri Bakıdaykən, Nazim İbrahimov hansısa başqa ünvanlara baxır. Üzünü bizə baxan dünyadan çevirib. Aldığımız məlumatlara əsasən Tağı və İbrahim İbrahimovdan sonra ailənin ən mühim şəxsi, Nazim İbrahimova da növbə çatacaq. GUNDEMİNFO.AZ-a verilən informasiyalarda deyilir ki, yaxın günlərdə Hacı İbrahim Nehrəmlinin xarici investorlarla əlaqə adı altında qurduğu işlərində Nazim İbrahimovun, Diaspora üzrə Dövlət Komitəsinin qatqıları da araşdırılacaq. Hacı İbrahimin dövlət komitəsinin fəaliyyətindən necə «faydalandığına» dair detalların araşdırılmasına başlandığı da söylənilir. Bununla belə məlumatlarda həmçinin bildirilir ki, əgər hüquq -mühafizə orqanları Hacı İbrahimin üzərində olan ittihamları sübut etsələr, o zaman İbrahimovlar ailəsinin məmur üzvü də ən azından işini itirməli olacaq. Geri qayıt |