Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Baş həkimdən Qarabağ qazisinə biganəlik

Baş həkimdən Qarabağ qazisinə biganəlik


27-05-2015, 13:55
Baş həkimdən Qarabağ qazisinə biganəlik
Laçın rayonundan məcburi köçkün, Qarabağ müharibəsi iştirakçısı Yusif İsmayılovun sosial şəbəkələrdə video çıxışı yayılıb.

TİA.AZ-ın məlumatına görə, şikayətçi yaşayış vəziyyətinin dözülməz olduğunu bildirib. 9 yaşlı oğlunun xəstəliyə düçar olduğunu, bununla əlaqədar olaraq dəfələrlə Laçın Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Rauf İsbəndiyarova müraciət etsə də xəstə oğluna heç bir tibbi yardım göstərilməyib. Ona dərman verilməyib. Y.İsmayılov baş həkim tərəfindən yalnız bir dəfə dərman verildiyini, həmin dərmanın da sonradan saxta olmasını aşkar etdiklərini açıqlayıb. Qarabağ döyüşçüsünə qarşı biganəlikdən şikayətlənən Y.İsmayılov səhiyyə naziri və ölkə prezidentinə müraciət edib.



Geri qayıt