Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Binəqədinin icra başçısının aiqbəti həll olunur

Binəqədinin icra başçısının aiqbəti həll olunur


29-05-2015, 15:01
Binəqədinin icra başçısının aiqbəti həll olunur
Binəqədi İcra Hakimiyyəti başçısı çətin seçim qarşısındadır.

Bu barədə TİA.AZ-a verilən özəl məlumatda bildirilir ki, Xaləddin İsgəndərovun işdən çıxması ilə bağlı ərizə yazaraq postundan getməsi tələb olunub.
İcra başçısının diqqətinə çatdırılıb ki, əks halda öz müavinlərini qurban verməlidir. Ağır dilemma qarşısında qalan icra başçısının hansı addımı atacağı sirr olaraq qalır.
Mənbə iddia edir ki, X.İsgəndərovdan iki müavini Binəqədi faciəsinin təqsirkarları kimi işindən getməlidir.
Həmin binaların təmir olunmasına nəzarət RİH-nin şöbə müdirləri, hazırda həbsdə olan Ədalət Rəcəbov, həmçinin Ramiz Göyüşov və Gənclər İdman İdarəsinin rəhbəri Qüdsi Bayramova həvalə olunub. Odur ki, onların özünü qoruması üçün qurban verəcəyi istisna olunmur.
Qaynağımız qeyd edir ki, icra başçısının oğlu Elnur İsgəndərovun tezalışan üzlük biznesində əlinin olması X.İsgəndərovu daha da çətin vəziyyətə salıb. Yanan binanın sakinləri isə İcra hakimiyyətini və şəxsən Xaləddin İsgəndərovu məhkəməyə verəcəklərini bildiriblər.
Xatırladaq ki, 15 nəfərin ölümünə səbəb olan dəhşətli yanğından sonra şəhərdəki binalarda poliuteran üzlüklər sökülür.

Geri qayıt