Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ağsunun icra başçısı kimin qəzəbinə tuş gəlib...
Ağsunun icra başçısı kimin qəzəbinə tuş gəlib...2-06-2015, 12:10 |
DİA.AZ: - Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun yaxın qohumu olan Ağsu rayonunun icra hakimiyyəti başçısı Ənvər Seyidəliyev bu arada özünü cəncələ salıb. Bu barədə DİA.AZ-a rayındakı qaynaqlar informasiya verib. Xəbəri verən mənbənin iddialarına görə, Ənvər Seyidəliyev yuxarı instansiyalarda nüfuzlu məmurlardan birinin qəzəb hədəfinə çevrilib. Xatırladaq ki, zaman-zaman öz qohumunun çətiri altında bir sıra "ərköyün" addımları ilə diqqətə gələn Seyidəliyev məhz ƏSSMN şefinin sayəsində bütün çətinliklərə "sinə gərə bilmişdi". İndi isə situasiyanın fərqli olduğ8unu qeyd edən qaynaq dia-az.life-a açıqlamasında bildirir ki, Ağsunun başçısı konkret hansı səbəbdən bilinməsə də, yaxın çevrəsinə "məni Avropa oyunlarından sonra yola salırlar" deyərək, dərdini açıqlayıb. Bunu redaksiyamıza çatdıran mənbəyə görə, Ənvər Seyidəliyevin "yuxarılarla" münasibətdə "oyun şərtlərini" pozduğu ehtimal olunur: "Təbii ki, konkret səbəbi başçının özü daha yaxşı bilir. Başçı həm də artıq müdafiə limitinin tükəndiyini də dərk etdiyindən rəsmən depressiyaya düşüb". Geri qayıt |