Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Hacı İbrahimin əleyhinə video yayıldı

Hacı İbrahimin əleyhinə video yayıldı


4-06-2015, 14:30
Hacı İbrahimin əleyhinə video yayıldı
DİA.AZ-ın məlumatına görə, “Avesta Konserni” MMC-nin mühasibi Sabirə Sadıqova media vasitəsi ilə şirkət rəhbərliyini işçilərə olan əmək haqqı borclarını ödəməyə çağırıb və hökumətdən qanunsuzluğun aradan qaldırılmasına kömək göstərilməsini xahiş edir. Onun sözlərinə görə, işçilər 2015-ci ildə yalnız yanvar ayının əmək haqqını martda ala biliblər. Digər aylar üçün isə əmək haqları ödənilməyib.

“Mən 2013-cü il oktyabrın ikinci ongünlüyündə “Avesta Konserni” MMC-nin baş ofisində işə qəbul olunmuşam. Əmək müqaviləsində əmək haqqım 200 manat qeyd olunub, amma tutduğum vəzifə düzgün qeyd edilməyib. Əmək müqaviləsinin ikinci nüsxəsi mənə təqdim olunmayıb. Mən vitse-prezident yardımçısı, Maliyyə Departamentində təchizatçılarla iş bölməsində təchizatçıların mühasibat hesabatının təqdim olunması işi ilə məşğul olmuşam. 2014-cü il iyulun 1-də Maliyyə Departamentində mühasib vəzifəsinə təyin edilmişəm. Əmək haqqı 250 manat olub. 2015-ci il aprelin 10-da şəxsi istəyimlə işdən azad olunmuşam. 2015-ci il üçün əmək haqqımın cüzi bir hissəsini ala bilmişəm”, - o qeyd edib.

S.Sadıqovanın sözlərinə görə, 2015-ci ilin yanvarından şirkətdə əmək haqları gecikdirilməyə başlayıb.

“Avesta Konserni” MMC-nin rəsmi İnternet saytında göstərilən telefonlara cavab verən olmayıb.



Geri qayıt